EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:01.07.2017 15:22:38

Litvanın Kaunas şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyinə start verilib.

“İslamazeri.com” Cüdo Federasiyasına istinadən xəbər verir ki, yeniyetmə cüdoçularımız qitə birinciliyində 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

40 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Kərimova bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına sahib olub. Azərbaycan cüdoçusu final görüşündə ukraynalı Anastasiya Balabanı məğlub edib. Cüdoçumuza Avropa birinciliyinin qızıl medalı verilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib.

Oğlanların yarışında Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Qnyaz Mahmudlu (66 kq) yalnız finalda uduzaraq Avropa birinciliyinin gümüş medalını qazanıblar. Cüdoçumuz Davud Abaslı (60 kq) isə Litvada bürünc medala sahib olub.

Qeyd edək ki, 42 ölkədən 430 yeniyetmə cüdoçunun (234 oğlan, 196 qız) mübarizə apardığı mötəbər yarışda Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.


Cüdoçumuz Avropa çempionu olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ