EURO 1,8691 NEFT 51,23
USD 1,7201 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:20.02.2017 09:10:05

Cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.

İspaniyada yeniyetmə cüdoçular arasında Avropa Kuboku yekunlaşıb.

İslamazeri.az xəbər verir ki, Fuengirola şəhərində keçirilən yarışın sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.

+90 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələ bilib və qızıl medal qazanıb. 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Adil Kərimli yalnız final görüşündə qələbəni əldən verib və gümüş medala layiq görülüb. 73 kq çəki dərəcəsində çıxış edən Vüsal Şamilov isə 7-ci olub.

Bununla, 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq, Azərbaycan millisi komanda hesabında Avropa kubokunda birinci olub.

Qeyd edək ki, 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunurdu.


Cüdoçularımız Avropa Kubokunda birinci olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Eldar Mahmudovun oğlunun şəriki axtarışa verildi
    Məlumatda qeyd olunur ki, 1972-ci il təvəllüdlü Ayaz Kərimov vəzifə səlahiyyətlərini aşma və özgəsinin əmlakını ələ keçirməkdə təqsirləndirilir.
     28.03.2017
    MTN işində adı hallanan rəisə yüksək vəzifə verildi
    Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikləri baş tutub.
     28.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ