EURO 1,9143 TRY 0,294
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:10.06.2019 09:30:46

İslamazeri-nin"Din" rubrikasından...

İslamazeri-nin"Din" rubrikasından...

"Deyilənlərə görə, günlərin birində Sultan Mahmud səhrada bir çobanı görür. Çobanın adı Ayaz idi. Sultan onun qabiliyyətli bir şəxs olmasını başa düşür. Sultan Ayazı saraya gətirib, onu sədri-əzəm təyin etdi və ölkənin bütün ixtiyarını ona tapşırdı. Bu məsələ sarayda uzun müddət izzət və ağalıqla yaşayan bəziləri üçün çox ağır gəldi. Necə ola bilərdi ki, sadə bir çoban bir dəfəyə belə bir məqama sahib olsun?!

Xülasə, böhtan və iftira atıb dedilər ki, Ayaz öz məqamından sui-istifadə edib və sərvət toplayıb. Hər gün sübh otağa daxil olur və onu içəridən qıfıllayır, heç kəsin daxil olmasına icazə vermir. Onun bu otağa daxil olmasında bir sir vardır.

Bu söz Sultan Mahmuda ağır gəldi. Çünki o Ayazı çox istəyirdi. Gecə vaxtı müharibə sərdarları ilə otağın qapısını sındırıb otağa girdi. Gördülər ki, otaqda bir yapıncı və qoyun dərisindən hazırlanmış bir cüt çarıqdan başqa bir şey yoxdur. Sultan Mahmud Ayazın gətirilməsini əmr etdi. Ayaz gəldikdən sonra sultan ondan soruşdu:

- Ayaz, otağın içinə yapıncı və çarığı nə üçün qoymusan? Hamı da elə bilir ki, sən burada xəzinə gizlətmisən! Ayaz dedi:

- Hər gün bu otağa daxil oluram və öz-özümə deyirəm: Ey Ayaz, bir yapıncın və bir çarığın var idi. Bu mülk və səltənət sənin deyil. Olmaya, məğrur olasan, qəflətə düşəsən və tüğyan edəsən! Hər gün burada otururam və bir saat özümü nəsihət edirəm.

Ustad Füruği"


Çobanlıqdan Sultanın vəzirliyinə yükəsələn şəxsin ƏHVALATI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ramil Usubov və Mədət Quliyevin yeni vəzifələri
    Ramil Usubov və Mədət Quliyevin yeni vəzifələri haqqında Prezident sərəncam imzalayıb.
     20.06.2019
    DTX-nın rəisi və DİN-in naziri məlum oldu
    DTX-ya yeni rəis, DİN-ə isə yeni nazir təyin olunub.
     20.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ