EURO 1,8876 TRY 0,3056
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:17.04.2019 12:17:13

“Yuventus” Hollandiya “Ayaks”ı ilə dueldə məğlub olub...

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

İnterAz-ın məlumatına görə, ilk oyun günündə iki yarımfinalçı müəyyənləşib.

İspaniyanın “Barselona” klubu “Mançester Yunayted”lə qarşılaşmada çətinlik çəkməyib. İngiltərədə minimal hesabla qalib gələn kataloniyalılar evdə də qələbə qazanıblar.

Digər yarımfinalçı İtaliyada müəyyənləşib. “Yuventus” Hollandiya “Ayaks”ı ilə dueldə məğlub olub. İlk görüşdəki kimi hesabı Kriştianu Ronaldo açıb. Amsterdamlılar buraxılan qoldan sonra iki dəfə fərqlənərək əzmkar qələbəyə seviniblər.

Qeyd edək ki, 1/4 final mərhələsinə aprelin 17-də yekun vurulacaq. “Barselona”nın yarımfinaldakı rəqibi “Portu” (Portuqaliya) - “Liverpul” (İngiltərə), “Ayaks”ın (Hollandiya) qarşılaşacağı komanda isə “Mançester Siti” (İngiltərə) - “Tottenhem” (İngiltərə) duelində bəlli olacaq.

 

Çempionlar Liqası

1/4 final, cavab oyunları

16 aprel

23:00. “Barselona” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 3:0

Qollar: Messi, 16, 20, Koutinyo, 61

Baş hakim: Feliks Brix (Almaniya)

Barselona. “Nou Kamp” stadionu

İlk oyun - 1:0

 

23:00. “Yuventus” (İtaliya) - “Ayaks” (Hollandiya) - 1:2

Qollar: Ronaldo, 28 - Van de Bek, 34, De Ligt, 67

Baş hakim: Klement Turpin (Fransa)

Turin. “Yuventus” stadionu

İlk oyun - 1:1

 


ÇL: “Barselona” yarımfinala yüksəlib, “Yuventus” mübarizəni dayandırıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ