1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:09.03.2020 11:55:04

Koronavirus dünyada ən azı iyunadək yayılmaqda davam edəcək.

İslamazeri.com Sputnik-ə istinadən bildirir ki, bunu ÇXR-in Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin xüsusi ekspert komissiyasının başçısı Çjun Nanşan deyib.

"Proqnoza görə, bütün dünya üzrə epidemiya, ən azı, iyunadək yayılmaqda davam edəcək. Koronavirusla mübarizədə əsas güc gələcəkdə ixracdan (Çindən kənara - red.) idxala qarşı yönəldilə bilər", - "Şenmin Şibao" qəzeti Çjun Nanşanın sözlərini sitat gətirib.

Son məlumatlara görə, Çində koronavirusa yoluxanların sayı 80735-ə çatıb, 5111 nəfərin vəziyyəti ağırdır, 58600 adam xəstəxanadan evə yazılıb, ölənlərin sayı isə 3119-a çatıb.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" -korona, "VI"- virus, "D" - xəstəlik (ingiliscə – disease), "19" - yaranma ili) adlanır.


Çjun Nanşan: Koronavirus iyun ayınadək yayılacaq, sonra...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayasofyada ibadətlər 24 iyulda başlayacaq
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
     11.07.2020
    Çox dilli Shafaqna agentliyinin Azərbaycan dilində saytı fəaliyyətə başladı
    "Çox dilli Shafaqna.com agentliyinin azərbaycanca bölməsi fəaliyyətə başlayıb."
     11.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ