1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:25.11.2019 10:36:12

Çinin minlərlə müsəlman Uyğur türkünün saxlanıldığı və yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü düşərgələrdə sistematik "beyin yuma" əməliyyatlarının detalları ilk dəfə sızdırılıb.

İslamazeri.com "BBC"yə istinadən xəbər verir ki, Çinin minlərlə müsəlman Uyğur türkünün saxlanıldığı və yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü düşərgələrdə sistematik "beyin yuma" əməliyyatlarının detalları ilk dəfə sızdırılıb.

Çin hökuməti bu günədək bu düşərgələrin könüllü təhsil və təlim mərkəzi olduğunu deyirdi.

BBC Panoramanın gördüyü rəsmi sənədlər məhbusların necə saxlanıldıqlarını, təhqir edildiklərini və cəzalandırıldıqlarını göstərir.

Çinin İngiltərədəki səfiri sənədlərin saxta məlumatlar olduğunu deyib.

Məlumatlar İngiltərənin BBC Panorama və Guardian qəzetinin də daxil olduğu 17 media müttəfiqi ilə işləyən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumuna sızdırılıb.

Araşdırmalar son üç il ərzində yaradılan saxlanma düşərgələrində Çin hökumətinin dediyi kimi ekstremizm əleyhinə təlimlərin aparıldığı iddialarını rədd edib.

Əsas hissəsinin müsəlman uyğur icmasından olduğu bir milyona yaxın insanın hər hansı məhkəmə keçirilmədən bu düşərgələrdə saxlanıldığı deyilir.

Sızdırılan məlumatlarda yer alan təlimatlarda düşərgələrin yüksək təhlükəsizliyinin təmin olunması, sərt intizamın olması, cəzaların tətbiq edilməsi və məhbusların qaçışına imkan verilməməsi əksini tapır.

Təlimatlarda "heç vaxt qaçışlara icazə verilməməsi", "intizam və cəzaların artırılması", "tövbə və etirafın təşfiqi" və s. yer alır.

Sənədlərdə məhbusların həyatının hər bir anının necə izlənildiyi göstərilir.

Human Rights Watch insan haqları təşkilatının Çin üzrə direktoru Sophie Richardson deyib ki, bu məlumatlar iittihamçılar tərəfindən istifadə olunmalıdır.


Çinin uyğur türklərini saxladığı düşərgələrdə “beyin yuma” təlimatı İFŞA OLDU

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ