Bu haqda Çin XİN bəyanatla çıxış edib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbər əsasən, Çin ABŞ prezidenti Donald Trampın “Çin Honkonqla sərhədə ordu toplayır” bəyanatından sonra təkidlə Ağ Evi bu bölgənin işlərinə qarışmamağa səsləyib.
Bu haqda Çin XİN bəyanatla çıxış edib.
“Biz artıq bir neçə dəfə bu məsələ ilə bağlı mövqeyimizi ifadə etmişik. Honkonq yalnız-yalnız Çinin daxili siyasətinə aiddir. Biz bir daha ABŞ tərəfini öz burnunu Honkonqun işlərinə soxmağa son verməyə səsləyirik”, - deyə qeyd edilib.
Çindən ABŞ-a sərt mesaj: Burnunuzu lazım olmayan yerə soxmayın!