EURO 1,9326 NEFT 60,28
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.10.2018 17:34:55

Dünyanın 2 iqtisadi nəhəngi arasında ziddiyətlər çoxalır.

İslamazeri.com-un “Bloomberg”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ dövlət katibi Mayk Pompeonun Çinin paytaxtı Pekinə səfərindən sonra məlum oldu ki, onunla çinli xarici işlər naziri Van İ arasında prinsipial fikir ayrılığı var, Çin və ABŞ arasındakı ticari mübahisələr isə tezliklə soyuq müharibəyə keçə bilər.

Məlumata görə, Pompeonun səfəri dünyanın 2 iqtisadi nəhəngi arasındakı gərginliyi daha da artırdı.

Xüsusilə də, Van İ ticari mübahisələrin dərinləşməsinin məsuliyyətini ABŞ-ın üzərinə atıb, həmçinin ABŞ-ı Çin və Tayvanın daxili işlərinə müdaxilədə ittiham edib.

Çinin öz narazılığını açıq şəkildə nümayiş etdirməsi rəsmi Vaşinqtonla rəsmi Pekin arasındakı problemlər siyahısının daha da artması onlar arasındakı Şimali Koreya məsələsi üzrə əməkdaşlığın korlana bilməsinin ən ciddi nişanələrindəndir.”, - deyə məqalədə deyilir.

Materialda həmçinin qeyd edilir ki, bu səfər isə, Pompeonun iyun səfərindən fərqli olaraq, Çin sədri Si Tszinpin ABŞ dövlət katibini görüşə layiq görməyib.

Müəllif həmçinin əlavə edir ki, bu səfərdən öncə ABŞ vitse-prezidenti Mayk Pens də çıxış edib. O, Çini casuslar, rüsumlar və təbliğat kompaniyasından istifadə edərək ABŞ ictimaiyyətinin fikrlərinə təsir etmək cəhdlərində ittiham edib.

Pens Cənubi-Çin dənizindəki hərəkətlərinə görə də Çini tənqid edib.

Bütün bunlar isə, məqalədə qeyd edildiyi kimi, yeni soyuq müharibənin başlamasının mümkünlüyü haqda danışır. Bu səfər isə Çin və ABŞ qarşı-qarşıya gələ bilər.


Çin və ABŞ soyuq müharibə astanasında

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə Rize şəhərinin polis rəisi öldürüldü - VİDEO
    Türkiyənin Rize şəhərinin polis rəisi otağında qətlə yetirilib
     11.12.2018
    İran XİN ölkə vətəndaşlarına Gürcüstana getməməyi tövsiyə edib
    200 İran vətəndaşının Gürcüstandan deportasiyası ilə əlaqədar Gürcüstanın İrandakı səfiri İran XİN-ə çağrılıb
     11.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ