EURO 1,9062 NEFT 52,3
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:18.05.2017 14:41:20

Çin hökuməti Sintszyan-Uyğur əyalətinin müsəlman sakinlərini sıxışdırmağa davam edir.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Çinin Sintszyan-Uyğur əyalətinin rəhbərliyi İslam dinindən olan insanları sıxışdırmaq istiqamətində növbəti, eyni zamanda da çox qəribə qərar qəbul edib. Qeyd edək ki, adıçəkilən bölgə əhalisinin əksər hissəsi müsəlman olan uyğur türkləridir.

Bu səfər isə elan edilib ki, Çinin güc strukturları kütləvi şəkildə yerli müsəlmanlardan DNT nümünələri toplamaq niyyətindədir. Beynəlxalq hüquq-mühafizə təşkilatının məlumatına əsasən, güc strukturları artıq 3 milyon dollar dəyərində DNT-analizi üçün avadanlıq alıb.

Qeyd etmək lazımdır ki, hələ 2016-cı ildə də hüquq-mühafizə orqanları xarici pasport almaq istəyən müsəlmanların barmaq izlərini, səs yazılarını və DNT nümunələrini toplamışdı. İndi isə, görünür ki, bu “yeni tədbir” bölgədə yaşayan bütün uyğurlara aid ediləcək.

Xatırladaq ki, daha əvvəl Sintszyan rəhbərliyi yerli sakinlərə saqqal uzatmağı, ənənəvi müsəlman geyimi geyinməyi, həmçinin uşaqlara İslam dini ilə əlaqəli adlar verməyi və komunist partiyasının nümayəndələri olmadan kəbin kəsməyi qadan edib.


Çin uyğur türklərini sıxışdırmağa davam edir: DNT nümunələri toplanacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI
    “Forbes” jurnalı dünyanın ən çox gəlir əldə edən futbolçuların adlarını açıqlayıb.
     27.05.2017
    Şəkinin turizm mərkəzinə gedən yol yenidən qurulur - FOTO
    Tarixi tikililəri ilə məşhur olan Şəkinin qədim yaşayış məskəni Kiş kəndinə və bura yaxın ərazilərdə yerləşən turizm məkanlarına gedən avtomobil yolunu yenidən qurulmasına başlanıb.
     27.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ