EURO 1,9997 NEFT 57,48
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/

Kateqoriya :

Yayınlanma tarixi:12.08.2017 11:32:47

Çinin Şimali Koreya ilə ABŞ arasındakı gərginlikdə, ilk hücum edənin Pxenyan olması vəziyyətində "bitərəf" qalacağı, ilk həmləni Vaşinqton və ya Cənubi Koreyanın etməsi vəziyyətində isə "Şimali Koreyada rejim dəyişikliyinə icazə verməyəcəyi",- bildirilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Çin Kommunist Partiyasının rəsmi mətbu orqanı "Global Times"da yer alan köşə yazısında, ABŞ və Şimali Koreyalı rəsmilərin açıqlamalarının Koreya yarımadasında təzyiqin artaraq davam edəcəyi siqnalları verdiyi ifadə edildi.

Pekin rəhbərliyinin Pxenyan və Vaşinqtona etdiyi çağırışlara baxmayaraq, gərginliyin artdığı dəyərləndirməsi edilən yazıda, "Çin, əgər regionda maraqlarına zərər verən olsa, buna ciddi bir şəkildə cavab verəcəyini bütün tərəflərə açıq bir şəkildə ifadə etməlidir",- deyilib.

Yazıda, "Əgər ilk Şimali Koreya balistik raketlərlə ABŞ torpaqlarını hədəf alsa, və Vaşinqton da buna cavab tədbirləri görsə, Pekin rəhbərliyi neytral qalacaq. Əgər ABŞ və Cənubi Koreya ilk atəş açan tərəf olsa, Koreya yarımadasında rejim dəyişikliyinə çalışar, regiondakı siyasi quruluşu dəyişdirməyə başlayarsa Çin buna yol verməyəcək",- deyə bildirilib.

Çinin Koreya yarımadasındakı nüvə fəaliyyətlərinə də, müharibəyə da qarşı olduğu vurğulanıb və Pekinin maraqlarının olduğu regionda sabitliyi pozacaq hər cür hərəkətin qarşısında olacağı qeyd edilib.


Çin: ABŞ Şimali Koreyaya hücum etsə, müdaxilə edərik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Məhbuslara görə tutulan rəis generalın qohumudur
    Bakıda məhbusların qaçması faktı ilə bağlı istintaqa cəlb edilən şəxslərdən biri - qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.
     24.10.2017
    Suriyanın mərkəzində İŞİD-ə məxsus bomba zavodu aşkar edilib - VİDEO
    Terrorçular məğlub olaraq geri çəkilərkən müəssisəni tərk etməli olublar.
     24.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ