EURO 2,0067 NEFT 75,3
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.10.2017 13:16:00

Çinin Müdafiə Nazirliyi bu barədə ABŞ və Cənubi Koreyaya rəsmi müraciət edib.

Çin Cənubi Koreyadan ABŞ-ın THAAD raket müdafiə sistemlərini yerləşdirmə prosesini təcili dayandırmasını tələb edib. Müraciətdə bu sistemlərin Çin və Rusiyanın təhlükəsizliyinə təhdid təşkil etdiyi vurğulanıb.

İslamazeri.com "Sputnik"-ə istinadla xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissarı general leytenant Jou Şanqpinq bildirib. "Cənubi Koreyada THAAD raket sistemlərinin yerləşdirilməsi Çin, Rusiya və digər dövlətlərin strateji maraqlarına ciddi təhdiddir. ABŞ və Cənubi Koreyaya müraciət edərək bildiririk ki, Çinin və digər dövlətlərin bu barədə narahatlığına ciddi yanaşılsın, bu yalnış addımdan çəkinilsin və hərbi avadanlıqlar yığışdırılsın", - deyə sözügedən müraciətdə qeyd olunur.

Bildirək ki, ABŞ-ın THAAD raket müdafiə sistemləri ötən ay Cənubi Koreya ərazisində yerləşdirilib. Pentaqon bu addımını Şimali Koreya təhdidlərindən qorunmaq üçün olduğunu iddia edib.


Çin ABŞ-dan raket sistemlərini Cənubi Koreyadan yığışdırmasını tələb edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın neft ixracatı azalıb
    İranın iyun ayının ilk yarısında xam neft ixracatı azalıb.
     18.06.2018
    Türk general Karakuş: S-400 sazişi ABŞ-ın təhdidlərinə reaksiyadır
    Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş generallarından Ərdoğan Karakuş Rusiyadan S-400 raketləri alqı müqaviləsinin ABŞ təhdidlərinə göstərilən reaksiya olduğunu bildirib.
     18.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ