EURO 1,8751 TRY 0,287
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:10.07.2019 16:24:04

Çin 2025-ci ilədək kosmosa 100 süni peyk göndərəcək.

Çin 2025-ci ilədək kosmosa 100 süni peyk göndərəcək. Bunu Çinin Milli Kosmik Agentliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Yuy Tsi bəyan edib.

Pekində keçirilən coğrafiya və informasiya texnologiyalarına həsr olunmuş konfransda çıxış edən Yuy Tsi bildirib ki, son illər Çin aerokosmik texnologiyaların və müvafiq sənaye sahələrinin inkişafında böyük nailiyyətlər əldə edib. Onun sözlərinə görə, bu ölkənin kosmik proqramı daha sürətlə inkişaf edir və milli istehsala əsaslanır. Bu isə, öz növbəsində, ölkə iqtisadiyyatına daha çox fayda gətirir.

Çin eksperti əlavə edib ki, son doqquz ildə ölkədə məsafədən zondlama texnologiyaları daha da təkmilləşdirilib və artıq 20 təsərrüfat sahəsində istifadə olunur. Bu texnologiya torpaq resursları, ekologiya, meşə və kənd təsərrüfatı sahələrində tətbiq edilir. Eyni zamanda, kosmik aparatların geniş və daha mükəmməl çeşidlərinin istehsalı Çinin komik proqramının əsas hədəflərindəndir. Elmi, retranslyasiya, telekommunikasiya, naviqasiya peykləri ilə yanaşı, ölkədə asteroidlərin və Marsın tədqiqi üzrə texnologiyalar hazırlanır. Çin 2020-2025-ci illərdə bu göy cisimlərinin səthinin öyrənilməsi üzrə ardıcıl fəaliyyətə başlayacaq.

Rəsmi statistikaya əsasən, hazırda kosmik məkanda Çinin 200-dən çox peyki fəaliyyət göstərir ki, bu da orbitdə olan bütün aparatların üçdəbiri deməkdir. Bu ölkədə kosmosa ümumilikdə 307 peyk və kosmik gəmi göndərilib. Onlardan 39-u ötən il kosmik fəzaya buraxılıb. Cari ildə Çində orbitə 30 süni peykin göndərilməsi nəzərdə tutulur.(Azertac)


Çin 2025-ci ilədək kosmosa 100 peyk göndərəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Milli Şuranın mitinqinə razılıq verilib, amma...
    Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
     17.10.2019
    Vilayət Eyvazov daha iki rəis təyin etdi
    Daxili işlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.
     17.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ