1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.02.2020 13:05:48

CIA etiraf edib ki, sanksiya siyasəti uğursuz qalıb və Tehran heç bir şəraitdə təzyiq altında Vaşinqtonla müzakirəyə hazır deyil.

İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, CİA; Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ etiraf edib ki, İrana qarşı maksimum təzyiq və sanksiya siyasəti uğursuz qalıb və Tehran heç bir şəraitdə təzyiq altında Vaşinqtonla müzakirəyə hazır deyil.

“Nyu-York Tayms” qəzetinin Amerikadakı məlumatlı rəsmilərə istinadla verdiyi məlumata görə, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi özünün son analizlərindən birində belə bir nəticəyə çatıbdır ki, sanksiyalar təzyiqi İranı Amerika ilə danışıqlara yaxınlaşdırmayıb.

“Nyu-York Tayms” Amerikanın anti-İran koalisiyasında yaranmış parçalanmalara toxunaraq yazıb: "MKİ-nin bu nəticəsinə rəğmən, Ağ Ev rəsmiləri hələ də İrana qarşı “maksimum təzyiq kampaniyası” siyasətini himayə edirlər."

"MKİ-nin analizində həmçinin deyilir ki, ABŞ rəsmilərinin iddialarının əksinə olaraq, İran İslam Respublikası rəsmiləri daima Qərbi Asiya ölkələrilə münasibətlərin genişlənməsini rəğbətlə qarşılayıblar.", - qəzet yazıb.

ABŞ prezidenti Donald Tramp 2018-ci ilin mayında qanunsuz və birtərəfli bir hərəkətdə bu ölkəni nüvə anlaşmasından çıxardı və sanksiyaları geri qaytarmaqla təhdid etdi ki, İran nüvə anlaşmasında dəyişikliyi, eləcə də raket müdafiə proqramı və regionda rol oynamanı əhatə edəcək yeni müzakirələrə boyun əyməlidir.

Tramp hökuməti bu müddətdə ən kəskin sanksiyalar tətbiq etsə də İranı təzyiq altında müzakirəyə məcbur etmək sahəsində heç bir müvəffəqiyyət əldə etmədi.


CİA-dan İran etirafı: Sanksiya siyasəti uğursuz oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ənsarullahın Səudiyyəyə göndərdiyi fələstinlilərlə bağlı mesaja Həmas-dan cavab
    Həmas Yəmənin Ənsarullah hərəkatına təşəkkür edib
     28.03.2020
    Vəkili Tofiq Yaqublu ilə görüşüb
    Vəkil Elçin Sadigov Tofiq Yaqublu ilə görüşüb.
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ