EURO 2,0067 NEFT 74,79
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.11.2017 15:48:00

Yaralı əsgər Cənubi Koreya əsgərləri tərəfindən sərhəd ərazidən çıxarılıb.

Şimali Koreya (KXDR) ordusunun əsgəri Panmuncom sərhəd kəndi ərazisindən Cənubi Koreyaya ərazisinə keçməyə cəhd göstərərkən öz hərbçi yoldaşları tərəfindən güllələnərək yaralanıb.

İslamazeri.com AFP-yə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb. Çiynindən və dirsəyindən güllə yarası almış əsgər Birgə Təhlükəsizlik Zonası adlanan ərazidə Cənubi Koreya əsgərlərinin əlinə keçib.

Məlumata görə, o, silahsız olub. Əsgərin şəxsiyyəti barədə heç bir məlumat verilməyib. Hərbi geyimindən aşağı rütbəli əsgər olduğu məlum olub.

Cənubi Koreya komandanlığı nəzarətə alınan əsgərin huşunu bərpa etdiyini açıqlasa da, həyatına təhlükə olub-olmadığına aydınlıq gətirməyib.

Bildirək ki, Şimali Koreya əsgərlərinin atəşkəsin hökm sürdüyü və turizm zonası olan kəndə daxil olmaları nadir hallarda baş verir. Bura hər iki ordunun əsgərlərinin üz-üzə gəldiyi yeganə bölgə hesab olunur.


Cənuba keçməyə çalışan Şimali Koreya əsgəri güllələnib - Koreya Baş Qərargahı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kəndə bəla gəlib, heyvanlar durmadan tələf olur
    Ümumilikdə 51 baş qoyun tələf olub, 213 başı isə ağır zəhərlənib və təlafatın artacağı istisna olunmur.
     19.06.2018
    Ənsarullah: Səud ittifaqının Hudeydədə irəliləməsi dayandırıldı
    "Ənsarullah" hərəkatı Səud rejiminin başçılıq etdiyi ittifaqın Hudeydə hava limanına doğru irəliləməsinin dayandırıldığını açıqlayıb.
     19.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ