1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:28.11.2016 14:18:50

Lənkəranda elə ev tapılmaz ki, orada çöl ördəyinin ləvəngisini və ya çölməsini bişirməyi bacarmasınlar...

3.Göz

Cənub bölgəsinin bənzərsiz mətbəxi var. İslamazeri.az xəbər verir ki, bu mətbəxə daxil olan ən məşhur yeməklərdən biri çöl quşu, o cümlədən qaşqaldaq və ördək ləvəngisi - çölməsidir. Lənkəranda elə ev tapılmaz ki, orada çöl ördəyinin ləvəngisini və ya çölməsini bişirməyi bacarmasınlar.

Həmsöhbətimiz Zaur Qurbanov rayonun Separadi kəndindəndir. 39 yaşı var. Ömrünün yarıdan çoxunu mətbəx sənətinə həsr edib. Hazırda kənddəki yeməkxanada aşpaz işləyən Zaur Qurbanov Lənkəran mətbəxinin mahir bilicisi sayılır. O, indiyədək bir sıra müsabiqələrdə Lənkəran mətbəxini təbliğ edib.

Zaur Qurbanov müsahibəsində çöl ördəyindən çölmənin bişirilməsi qaydalarından bizə ətraflı məlumat verib. Onun sözlərinə görə, ördək çölməsi əsasən payız və qış aylarında bişirilərək yeyilir. Çöl ördəyinin bir neçə növü var. Çölmə isə əsasən sarıayaq çöl ördəyindən hazırlanır. Ördəyin bu növü dadına görə digərlərindən üstün olur: "Çöl ördəyinin beş-altı növü var. Ən dadlısı sarıayaq ördəkdir. Ləvəngisini hazırlamaq üçün müxtəlif turşulardan istifadə olunur. Buraya alça turşusu, sumaq, nanə, duz, qoz, soğan daxildir. Bütün bunları qarışdırıb yaxşıca əzişdirdikdən sonra ördəyin içinə yerləşdirmək lazımdır".

Daha sonra qoz və soğanın qarışığından ləvəngi hazırlanır. Hazırlanan ləvəngi ördəyin qarın boşluğuna doldurulur. Bu qayda ilə ördəyi 15-20 dəqiqə saxlayıb gözləmək vacibdir: "15 dəqiqədən sonra ördəyi qazana qoyub üzərinə görünməz olana qədər su tökülməlidir. Daha sonra isə ördəyi 1 saat - 1 saat 15 dəqiqə müddətinə vam odun üstündə qaynatmaq lazımdır. Bu proses başa çatandan sonra ördək çölməsi istifadəyə tam hazır olur".

Son nəticədə bişmiş ördək çölməsi qazandan çıxarılaraq doğranılır və istifadə üçün stollara verilir.(APA TV)


Cənub bölgəsinin ləziz yeməyi: Ördək çölməsi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • IV İslam Həmrəyliyi Oyunları başa çatdı - MEDALLAR, ÖLKƏ SIRALAMASI
    Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatıb.
     22.05.2017
    Vəhhabi krallığın qoşunu şiə bölgəsində məscid, ev və məktəbləri dağıtmaqdadır - VİDEO
    Səud rejiminin Əvamiyyə şəhərinə hücumunun 12-ci günüdür
     22.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ