1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:10.06.2017 15:35:56

Türkiyədə 71 yaşlı Saleh Əmin Yıldırımkal öldükdən sonra tabutunun iki paltaryuyan maşının üstünə qoyularaq cənazəsinin Çankaya səmtində yerləşən Elektronikçilər Bazarından qaldırılmasını istədi.

İzmirin Konak ilçəsində ürəktutma səbəbilə həyatını itirən 71 yaşlı qocanın cənazəsi vəsiyyəti üzərinə iki paltaryuyan maşının üstünə qoyularaq aparılıb.

İslamazeri.com İHA-ya istinadən xəbər verir ki, İzmirin məşhur insanlarından olan və təxminən 30 ildir ticarətlə məşğul olan 71 yaşlı Saleh Əmin Yıldırımkal keçən günlərdə ürəktutma keçirərək həyatını itirib. Yıldırımkalın ölümü, ətrafdakı dükançıları, ailəsini, yaxınlarına təsir edib. Çankaya səmtindəki iş yerinə illərini verən və hər kəs tərəfindən tanınan Yıldırımkalın vəsiyyəti də ortaya çıxıb.

Vəsiyyətdə isə 71 yaşlı Yıldırımkal öldükdən sonra tabutunun iki paltaryuyan maşın üzərinə qoyularaq cənazəsinin Çankaya səmtində yerləşən Elektronikçilər Bazarından qaldırılmasını istəyib. Bu istək isə yerinə yetirilib. Cənazə mərasimi üçün dərhal iki ədəd paltaryuyan maşın tapılıb. Daha sonra Saleh Əmin Yıldırımkalın tabutu çiyinlərdə gətirilərək paltaryuyan maşınların üzərinə qoyulub.


Cənazəsi paltaryuyan maşınların üzərinə qoyuldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ