EURO 1,8242 NEFT 51,96
USD 1,7022 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:19.04.2017 09:11:40

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə “Real” - “Bavariya” və “Lester” - “Atletiko” oyunları keçirilib.

Münhendə qeydə alınan 2:1 hesablı qalibiyyət “kral klubu”nun yarımfinala adlamaq şansını artırmışdı. Madriddə isə azarkeşlər çox gərgin matça şahidlik ediblər. Əvvəlcə Levandovski hesabı açıb. Ronaldo hesabı bərabərləşdirsə də, iki dəqiqə sonra Ramos topu öz qapısından keçirib. Bu hesab oyunu uzatma dəqiqələrinə aparıb. Əlavə olunmuş vaxtda isə Kristiano Ronaldo het-trikə imza atıb. Daha bir qolu isə Asensio vurub. Beləliklə, səfərdəki 2:1 hesablı qələbədən sonra doğma meydanda da darmadağına sevinən “kral klubu” yarımfinala adlayan tərəf olub.

Günün digər matçında “Atletiko” “Lester”in qonağı olub. Madriddəki ilk görüşdə Dieqo Simeonenin komandası 1:0 hesablı qələbəyə sevinmişdi. Cavab oyunundakı 1:1 hesablı bərabərlik isə madridliləri yarımfinala çıxarıb.

Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel

“Real” (İspaniya) - “Bavariya” (Almaniya) - 4:2 (əlavə vaxtda)
Qollar: Ronaldo, 76, 105, 110 (əlavə vaxtda), Asensio, 112 (əlavə vaxtda) - Levandovski, 53 (pen.), Serxio Ramos, 78 (öz qapısına)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
İlk oyun - 2:1

“Lester” (İngiltərə) - “Atletiko” (İspaniya) - 1:1
Qollar: Vardi, 61 - Nigez, 26
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun - 0:1

APA


Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan və İran ruhaniləri arasında da əlaqələr genişlənir - FOTO
    Gürcüstanın baş nazirinin İrana rəsmi səfərilə iki ölkə arasında əlaqələrin genişlənməsindən sonra, iki ölkə ruhaniləri arasında da əlaqələr genişlənməkdədir
     23.04.2017
    Cəbhədə düşmən təxribatı davam edib
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (16 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.
     23.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ