EURO 1,9783 NEFT 48,54
USD 1,7012 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:14.07.2017 14:44:16

Püşk atılıb.

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

İslamazeri.com apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə növbəti raundun 15 cütü bəlli olub.

Püşkatma iki hissədə keçirilib. Çempionlar yolunda II təsnifat mərhələsinin 17 cütü və mübarizəyə yeni qoşulacaq 3 komanda çıxış edəcək. Onlar 10 cütlük təşkil edib.

Tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da mümkün rəqibi müəyyənləşib. II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşan Ağdam təmsilçisinin yer aldığı cütün rəqibi "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) ilə qarşılaşacaq. Bu cütdə ilk görüş Azərbaycan və Gürcüstan çempionlarının qalibinin meydanında keçiriləcək.

"Şerif" Albaniya təmsilçisi ilə ilk qarşılaşmada qalib gəlib. Belə ki, Moidovadakı matçda meydan sahibləri 1:0 hesabına sevinib.

Öz ölkəsində çempion olmayan 10 klub isə 5 cütlük təşkil edib.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
"Slaviya" (Çexiya) - BATE (Belarus) - "Alaskert" (Ermənistan) cütünün qalibi
"Spartak" (Latviya) - "Astana" (Qazaxıstan) cütünün qalibi - "Mariehamn" (Finlandiya) - "Legiya" (Polşa) cütünün qalibi
"Zrinski" (Bosniya və Herseqovina) - "Maribor" (Sloveniya) cütünün qalibi -
"Hafnarfyordur" (İslandiya) - "Vikinqur" (Farer adaları) cütünün qalibi
"Jilina" (Slovakiya) - "Kopenhagen" (Danimarka) cütünün qalibi -
"Malmö" (İsveç) - "Vardar" (Makedoniya) cütünün qalibi -
"Linfild" (Şimali İrlandiya) - "Seltik" (Şotlandiya) cütünün qalibi - "Dandalk" (İrlandiya) - "Rusenborq" (Norveç) cütünün qalibi
"Hapoel" (Beyer Şeva, İsrail) - "Honved" (Macarıstan) cütünün qalibi -
"Jalgiris" (Litva) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi
"Vitorul" (Rumıniya) - APOEL (Kipr) - "Dudelanj" (Lüksemburq) cütünün qalibi
"Hibernians" (Malta) - "Zalsburq" (Avstriya) cütünün qalibi - "Riyeka" (Xorvatiya) - TNS (Uels) cütünün qalibi
"Qarabağ" (Azərbaycan) -"Samtredia" (Gürcüstan) cütünün qalibi -
"Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi
"Partizan" (Serbiya) - "Buduçnost" (Monteneqro) cütünün qalibi - "Olimpiakos" (Yunanıstan)


Qeyri-çempionlar yolu
"Styaua" (Rumıniya) - "Viktoriya" (Çexiya)
"Nitsa" (Fransa) - "Ayaks" (Hollandiya)
"Dinamo" (Kiyev, Ukrayna) - "Yanq Boyz" (İsveçrə)
AEK (Yunanıstan) - MOİK (Rusiya)
"Brügge" (Belçika) - "Başakşehər" (Türkiyə)


Çempionlar Liqası: "Qarabağ"ın mümkün rəqibi bilindi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman ölkəsindən məscidlərə tələb: Oxuduğunuz azan qulağa xoş olsun!
    Qırğızıstanda azanla bağlı yeni qərar qəbul edilib.
     21.07.2017
    Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olunub
    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Cocuq Mərcanlıda Şahəddin Hüseynovun evində olub, ailəyə telefon aparatı, modem, noutbuk hədiyyə ediblər. Ailə telefon və internet abunə haqqından azad edilib.
     21.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ