EURO 2,0849 NEFT 68,61
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:15.07.2017 15:57:13

"O, dövlətinə xəyanət etmiş, ona həvalə olunmuş vəzifədən şəxsi mənafeyi naminə sui-istifadə etmiş biri kimi öz layiqli cəzasını alacaq"

"Akif Çovdarovun mənimlə bağlı bütün açıqlamalarını rədd edirəm".

Bunu APA-ya açıqlamasında Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyib.

"Akif Çovdarovun məhkəmədə mənim ünvanıma dediklərinin hamısı yalandır. Bunlar sadəcə quru, sübutu olmayan, əsassız ittihamlardır. Özü həbsdə olan şəxsin başqasına qara yaxması, iftira atması gözləniləndir. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar" deyə T. Əhmədov bildirib.

Sabiq rəis deyib ki, Bakı Metropoliteninin rəisi vəzifəsində çalışdığı illər ərzində qanunsuz işlə məşğul olmayıb: "Vəzifəmdən heç vaxt sui-istifadə etməmişəm. Məqsədim hər zaman mənə göstərilən etimadı doğrultmaq, xalqıma xidmət etmək olub. Mənim dövlətimiz qarşısında xidmətlərim var. Hazırda da öz işimin başındayam. Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədriyəm. Bununla yanaşı, ali məktəblərdən birində pedaqoji fəaliyyətimi davam etdirirəm".
T. Əhmədov hazırda məzuniyyətindən istifadə etdiyini, buna görə də Bakıda olmadığını qeyd edib: " Ona görə də deyilənlərə geniş aydınlıq gətirə bilmirəm. İndi sadəcə bir söz deyə bilərəm, barəmdə söylənilənlər böhtandır. Bəzi adamlar xidmətlərimə kölgə salmaq, qara yaxmaq istəyirlər. Bu isə baş tutmayacaq. Əziyyətləri özlərinə qalacaq. Gəlin etiaf edək ki, Akif Çovdarovun məhkəmə proseslərində səsləndirdiyi fikirlərin hamısı həqiqət olsa, o zaman gərək ölkənin yarısı həbs olunsun. Həbsdə olan insanın başqalarına qara yaxmaq istəməsi başadüşüləndir. Əlbəttə, hazırda bu işlə bağlı istintaq davam edir. Son sözü hakim deyəcək. Mən ədalətin bərqərar olunacağına əminəm. Onun dediklərinin böhtan olduğu, heç bir həqiqəti əks etdirmədiyi gec-tez üzə çıxacaq. O, dövlətinə xəyanət etmiş, ona həvalə olunmuş vəzifədən şəxsi mənafeyi naminə sui-istifadə etmiş biri kimi öz layiqli cəzasını alacaq”.

Qeyd edək ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan idarə rəisi Akif Çovdarov məhkəmədə verdiyi ifadəsində Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovu korrupsiyada və dövlət vəsaitini mənimsəməkdə ittiham edib. O, Tağı Əhmədovun Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada biznesinin və evlərinin olduğunu qeyd edib, ünvanlar açıqlayıb.


“Cəhənnəmə gedən özünə yoldaş axtarar...” - Tağı Əhmədov

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Elmar Məmmədyarov  Krakov görüşünün nəticələrini açıqladı
    Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Naziri Elmar Məmmədyarov açıqlama verib
     19.01.2018
    Ermənilər snayper tüfənglərindən mövqelərimizi atəşə tutub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
     19.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ