EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:17.07.2017 14:02:36

Çeçenistan Prezidenti ABŞ və Rusiya barədə danışıb.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Çeçenistan Prezidenti Ramzan Kadırov nüvə raketləri ilə bağlı etdiyi bəyanat haqda danışıb. O, avtomatik olaraq düşmənə endiriləcək nüvə zərbəsi məsələsinə aydınlıq gətirərək bildirib ki, bunlar söz xatirinə deyilmiş sözlər deyil.

Qeyd edək ki, Kadırov ABŞ-ın HBO telekanalına müsahibə verib. Amerikalı jurnalist ondan ABŞ-ı Rusiyanın düşməni hesab edib-etmədiyini soruşub. Çeçen prezident cavab olaraq bildirib: “ABŞ bizim üçün elə də güclü dövlət deyil ki, biz onu Rusiyanın düşməni olaraq görək”.

Üstəlik Kadırov əlavə edib ki, Rusiya hökuməti güclüdür və nüvə silahına sahib dövlətdir: “Hətta əgər Rusiyaya ciddi zərbə endirilsə belə, bizim raketlərimiz avtomatik olaraq işə düşəcəklər.”

“Bunlar boş sözlər deyil. Biz elə o cür də edəcəyik. Dövlətimiz uğrunda canımızdan keçməyə hazırıq.”, - deyə Kadırov “Telegram” kanalında yazıb.

Müsahibə zamanı o həmçinin ABŞ-ın “Rusiyaya və onun rəhbərliyinə qarşı siyasət” aparmaqda da ittiham edib. Kadırov altını cızaraq qeyd edib ki, Rusiya üçün canından keçməyə hazırdır.

“Kimin nə edə biləcəyini görəcəyik.”, - deyə sonda bildirib.


Çeçen lider: Nüvə raketləri avtomatik olaraq işə düşəcək!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ