EURO 1,8361 NEFT 57
USD 1,7352 RUB 0,03
  1. http://www.islamazeri.az/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:20.12.2016 21:03:24

Moskvada Rusiya, İran və Türkiyə XİN rəhbərləri Suriyadakı atəşkəslə bağlı görüş keçirib

İslamazeri.az BBC(türkcə)-yə istinadən verdiyi xəbərə görə, Rusiya XİN rəhbəri Serqey Lavrov "Rusiya, İran və Türkiyə Suriyadakı sülh görüşmələrini təkrardan başladılmasının tərəfdarıdır və bu mövzudakı deklarasiyanı dəstəkləyirlər." deyə bildirib.

Atəşkəsdə İŞİD və adını dəyişən "Nusra cəbhəsi" qruplaşmasının atəşkəsə aid edilmədiyi bir daha qeyd olunub.

Toplantıdan sonra mətbuat konfransında Lavrov "Üç ölkə də, Suriyada öncəlliklə rejim dəyişikliyi olmaması mövzusunda razılaşıblar" deyərək hədəfin Suriyanın suverenliyi və torpaq bütünlüyünün qorunması və terrora qarşı mübarizə olduğunu bildirib.

Rus nazir "Hazırda təxliyyə hardasa bitmək üzrədir. Umarıq ki, bir iki gün içində tamamilə həll olar. Razılaşmadan kənarda qalan ölkələri bu razılıqda  iştirak etməyə  dəvət edirik", -deyə əlavə edib.

İran XİN rəhbəri Məhəmməd Zərif isə İŞİD və "Nusra"ya qarşı ortaq mübarizə aparılmasını vacib bilib. İranlı nazir "Ölkələr bu qruplaşmaları bir-birindən ayırmalıdırlar, bu çox önəmli, çünki bu sabit atəşkəsə səbəb olar. Terrorçu qruplaşmaların heç bir ölkə üçün müvəqqəti və ya qısa dönəmli faydası olmaz.", -deyə qeyd edib ətraflı.

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Zərifə üzünü tutaraq deyib: "Suriyada rejim, müxaliflər, bir də xaricdən gələn başqa qruplar var. Hizbullah da var. Bütün bu qruplara yardımın kəsilməsi lazımdır. Bir tərəfə işarə etmək doğru deyil."

"Deutsche Welle Türkçe"nin məlumatına görə, bu mözvuyla bağlı Lavrovun Türkiyə XİN rəhbərinə cavabı gecikməyib. Rus nazir Suriyada fəaliyyət gösərən bəzi qrupların Bəşər Əsəd höküməti tərəfindən dəvət edildiyini qeyd edərək, Hizbullahın Suriyada qanuni güc olduğunu xatırladıb.


Çavuşoğlunun Hizbullahla bağlı fikirlərinə Lavrov belə cavab verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Livan parlamentinin spikeri: İran bu əməlinə görə hədəfə alınır
    Livanın parlament sədri Nəbih Berri Tehranda keçirilən Fələstin konfransında çıxış edib...
     21.02.2017
    Sergey Lavrov: ABŞ Rusiya səfirini dinləyib
    Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ məlumat sistemlərinin Rusiya səfirini dinlədiklərini bildirib...
     21.02.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ