EURO 1,9479 NEFT 79,59
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:12.10.2018 13:52:46

"Getdikcə sürəti daha da qaldıracağıq"

"İlin sonuna qədər Bakıdan Gəncəyə qədər sürətli qatarları istifadəyə verməyə çalışacağıq".

Musavat.com xəbər verir ki, bu fikri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanov deyib. O, bildirib ki, qatarlarda xüsusi VIP və biznes-klasslar mövcuddur:

"Həmçinin aşağı klass vaqonlarımız da var. Hər vaqonda quraşdırılmış soyuducular mövcuddur ki, burada da su və digər qidaları yerləşdirmək olar. Vaqonların baş tərəfində kiçik də olsa mətbəx də var. Burada ayaqüstü yeməklər təqdim ediləcək. Vaqonların hamısı "wi-fi" ilə təmin olunub və bütün sərnişinlərin rahatlığı təmin olunacaq. Sürət məsələsinə gəlincə isə artıq saatda 159 kilometr sürəti sınaqdan keçirmişik. Ümumilikdə isə qatarlarımızın maksimal sürət həddi saatda 300 kilometrdir. Lakin hazırkı şəraitdə dəmir yollarımızın vəziyyəti ancaq saatda 160 kilometr sürətlə hərəkətə imkan verir".

C.Qurbanov bildirib, getdikcə sürətin artırılması da nəzərdə tutulub: "Hələ ki, yollarımızın kənarları tam bağlanmayıb. Təhlükəsizlik tədbirləri görüldükcə, sürət həddini də qaldıracağıq".

Image result for Cavid Qurbanov


Cavid Qurbanov Bakı-Gəncə qatarından danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəkillərə və ailə üzvlərinə güzəştli tibbi xidmətlər göstəriləcək
    Əməkdaşlıq haqqında sazişlər imzalanıb.
     20.10.2018
    Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb
    Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.
     20.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ