EURO 2,007 NEFT 62,15
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:21.06.2017 10:36:47

Buraxılış imtahanlarında iştirak etməyənlər attestat ala bilməyəcək.

“IX sinif üzrə dövlət nümunəli təhsil sənədinə, yəni attestata buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin illik qiyməti və buraxılış imtahanının balı yazılacaq”.

Bunu APA-ya Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, buraxılış imtahanlarında iştirak etməyənlər attestat ala bilməyəcək: “Misal üçün, şagird buraxılış imtahanında ana dili və ya riyaziyyat fənni üzrə 1-ci mərhələdə 30 mümkün baldan 20 bal toplayıbsa, ikinci mərhələdə isə 70 mümkün baldan 50 bal toplayıbsa, hər iki mərhələ üzrə topladığı ballar cəmlənəcək (20+50=70 bal) və attestatına yazılacaq. Buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin illik qiyməti təhsil sənədinə yazılacaq. Tam orta təhsil səviyyəsində isə təhsil sənədinə buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik və buraxılış imtahanının qiymətlərinin ədədi ortası, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə isə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik qiymətlərinin ədədi ortası yazılacaq”.

M. Abbaszadə qeyd edib ki, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin I-V ixtisas qrupu üzrə 42806 plan yeri ayrılıb: “Bu ötən illə müqayisədə 861 plan yeri və ya 2.05 faiz daha çoxdur. Konkret ixtisas qrupları üzrə ayrılan plan yerlərini ötən illə müqayisə etsək, I ixtisas qrupu üzrə 1.09 faiz, II ixtisas qrupu üzrə 4.95 faiz, V ixtisas qrupu üzrə 7.98 fazi artım, III və IV ixtisas qrupu üzrə isə müvafiq olaraq 0.13 və 3.47 faiz azalma var. Elə ixtisas var, plan yeri cüzi də olsa, artıb, elə ixtisas da var ki, azalıb. Abituriyent jurnalının 4 saylı buraxılışında ali təhsil müəssisələri və ixtisaslar üzrə plan yerləri dərc olunacaq.

İmtahanların iki dəfə keçirilməsi, ilk növbədə, abituriyentləri psixoloji sıxıntıdan azad etmək, öz biliklərini iki dəfə sınamaq imkanı yaradır. Bu, dünya praktikasında da tətbiq olunur. Kim özünü hansı zaman imtahana hazır hesab edirsə, həmin vaxt öz biliyini qiymətləndirmək üçün imtahana gedir. Məsələn, bilirsiniz ki, indiyədək biz çoxsaylı sınaq imtahanları keçirmişik və bu imtahanlarda həmin il XI sinifdə oxuyan şagirdlərlə yanaşı, kifayət qədər X sinifdə oxuyan şagirdlərin də iştirak etdiyini müşahidə etmişik. Onlar əsas qəbul imtahanında bir il əvvəl biliklərini sınamaq istəyirlər. İmtahan bir bilik müsabiqəsidir.

Qəbul qaydalarında növbəti 2018/2019-cu tədris ili üçün hansısa yeniliklərin edilməsi nəzərdə tutulmur. Çünki gələn il axırıncı ildir ki, ənənəvi proqramla təhsil alan şagirdlər məktəbi bitirəcək”.

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri deyib ki, ümumiyyətlə, onlarda bütün növ xidmətlər pulludur: “Ola bilsin ki, bizim müəyyən xidmətlər vətəndaşlar üçün pullu olmasın, lakin xidmət üçün nəzərdə tutulan vəsaiti iştirakçının əvəzinə dövlət bizə ödəsin. Amma bu, o demək deyil ki, xidmətlərimiz pulsuzdur. Bu hal təkcə bizə aid deyil. Məsələn, dövlət sifarişli yerlərdə oxuyan tələbələrin təhsil haqqını Maliyyə Nazirliyi onların əvəzinə ali təhsil müəssisələrinə ödəyir.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müəyyən imtahanlarda iştirak pulsuzdur, çünki həmin imtahanlar üçün tələb olunan maliyyə vəsaiti dövlət büdcəsi tərəfindən Mərkəzə ödənilir. Müəyyən imtahanlar var ki, qanunvericilikdə onların keçirilməsi üçün dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb. Müəyyən təşkilatlar işə qəbulla bağlı imtahanların keçirilməsini bizə sifariş edirlər. İmtahanda iştirak edənlər üçün bu proses ödənişsiz keçirilə bilər, amma bizim xidmətimizə aid olan maliyyə vəsaitini həmin qurumlar ödəyirlər.

Dərsliklərin monitorinqi də artıq bu formada həyata keçirilir. Hansısa dərsliyin monitorinqinin aparılması üçün bizə müraciət olunur, müqavilə bağlanılır və buna uyğun işlər görülür. Mərkəzin fəaliyyəti ilə bağlı yeni növ xidmətlər yaradılanda da onlarla bağlı öncədən məlumat verilir”.


Bütün növ xidmətlərimiz pulludur - Məleykə Abbaszadə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ