1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:07.06.2019 21:49:09

Nardaran hadisələri ilə əlaqədar mühakimə olunmuş Əbülfəz Bünyadovun vəziyyəti kəskin pisləşib.

Nardaran hadisələri ilə əlaqədar mühakimə olunmuş Əbülfəz Bünyadovun vəziyyəti kəskin pisləşib.

"Əbülfəz yatağa məhkum olunub, sərbəst hərəkət edə bilmir. O, müalicə müəssisəsində saxlanılır və ona digər məhbuslar baxır. Əvvəlki xəstəlikləri- onurğa zədəsi, hepatit C ilə yanaşı, son vaxtlar bağırsaq infeksiyasından əziyyət çəkir və yemək yeyə bilmir. Biz başqa yerdə də analiz nümunələrini yoxlatdıq. Həkimlər bağırsaqda güclü infeksiya və göbələk aşkar etdilər, bağırsaq funksiyasını itirib. O, çox ağır vəziyyətdədir", - məhbusun həyat yoldaşı Leyla Bünyadova bildirib.

Onun sözlərinə görə, Ə.Bünyadovu 5 nəfərlik dar palatada saxlayırlar.

"İnsanı belə vəziyyətdə həbsdə saxlamaq onu öldürməyə bərabərdir. Əbülfəz Bünyadov dərhal azad edilməli və ciddi həkim nəzarətinə götürülməlidir. Əks halda onun başına gələnlərə görə məsuliyyət onu qanunsuz həbs edib türmədə saxlayanların üzərinə düşəcək", - Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov deyib.

2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı Ə.Bünyadov güllə yarası alıb və bu, onun onurğasını zədələyib.

Yataq xəstəsi olmasına baxmayaraq, bir neçə ay həbsdə saxlanılıb. Sonradan məhkəmə həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.

Lakin məhkəmə istintaqının yekunlarına əsasən o, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd, terrorizm və s. ittihamlarla 15 il azadlıqdan məhrum edilib.(Turan)


Əbülfəz Bünyadovun vəziyyəti kəskin pisləşib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ