EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:31.05.2019 19:01:54

Mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini elan edilib.

Mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini elan edilib.

Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatına əsasən, sözügedən qruplar üzrə 1 nəfər belə maksimum nəticə göstərə bilməyib.

İslamazeri.com AzEdu.az-a istinadən xatırladır ki, ötən il yaz qəbul imtahanlarında I və II ixtisas qrupları üzrə 4, III ixtisas qrupu üzrə 5, IV ixtisas qrupu üzrə 1 abituriyent, ümumilikdə 10 nəfər 700 ballıq nəticə göstərib.

Builki göstəricilərə görə, qəbul imtahanlarının I mərhələsində ( buraxılış imtahanı) 4 nəfər, ixtisas qrupları üzrə imtahanda isə ümumilikdə cəmi 1 nəfər ( I ixtisas qrupu üzrə) maksimum bal toplaya bilib.

I ixtisas qrupu üzrə 400 bal toplayan abituriyentin qəbul imtahanlarının I mərhələsində (buraxılış imtahanı) göstərdiyi nəticə 265-dir.

Qəbul imtahanlarının I mərhələsində isə (buraxılış imtahanlarında) maksimum bal (300 bal) toplayan 4 nəfərdən heç bir abituriyent II mərhələdə bütün sualları düzgün cavablandıra bilməyib.

Bir sözlə, 2019-cu ilin yaz qəbul imtahanlarında ümumilikdə 1 abituriyent belə 700 ballıq nəticə göstərməyib.

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında həyata keçirilir. Bu il buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənir və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.


Builki yaz qəbul imtahanlarında 700 bal toplayan olmadı - Son illərin ən pis GÖSTƏRİCİSİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ