1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.09.2018 14:20:04

“Mən düşünürəm ki, Avropa avroplalılara aiddir.”

İslamazeri.com-un “The Local”-a istinadən verdiyi xəbərə əsasən, çox sayda mühacirin yaşadığı İsveçin şəhərlərindən birində çıxış edən Tibetin dini lideri Dalay-lama bəyan edib ki, Avropa miqrantları qəbul etməli və onlara yardım etməlidir, lakin nəticədə də mühacirlər vətənlərinin inkişafı ilə məşğul olmaq üçün öz ölkələrinə geri qayıtmalıdırlar.

Qeyd edilir ki, Dalay-lamanın özü də mahiyyətcə qaçqındır.

Tibetin dini lideri Dalay-lama Malmödə çıxış edərkən bildirib ki, qaçqınlar öz ölkələrinin bərpası ilə məşğul olmaq üçün vətənlərinə geri dönməlidir.

Malmö İsveçin ən çox qaçqın yaşadığı 3-cü şəhəridir.

Dalay-lamanın sözlərinə görə, real təhlükə ilə üz-üzə qalan qaçqınlara yardım məsələsində Avropa “əxlaqi cavabdehlik” daşıyır.

“Onları qəbul etmək, onlara yardım etmək, onları öyrətmək... Lakin nəticədə onlar (qaçqınlar) öz ölkələrini inkişaf etdirməlidirlər.”, - deyə özüdə öz vətənindən qaçmaq məcburiyyətində qalmış 83 yaşlı dini lider qeyd edib.

“Mən düşünürəm ki, Avropa avroplalılara aiddir.”, - deyə Dalay-lama yekunda bildirib.


Buddist lider: Avropa avropalılarındır, qaçqınlar evlərinə qayıtmalıdırlar!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
    Azərbaycan Müdafiə Nazirlyi bu barədə məlumat yayıb
     25.11.2020
    Ermənistanın təcavüzü nəticəsində həlak olmuş mülki şəxslər şəhid hesab olunur
    Müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ