1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:29.11.2019 11:28:46

Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı dəyişib.

Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı dəyişib.

İslamazeri.com-un məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, büdcə xərclərində dövlət qulluqçularının əlavə təhsil xərcləri ayrıca maddədə əksini tapacaq.

Belə ki, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın “222950. Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra “222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsi əlavə edilib.

“Digər iş və xidmətlərin haqqının ödənilməsi” paraqrafında “222940. Əməyin mühafizəsi xərcləri” sözləri “222950. Əməyin mühafizəsi xərcləri”, “222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” sözləri ilə əvəz edilib.

“222950. “Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra aşağıdakı məzmunda maddə əlavə olunub:

“222960. “Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsinə dövlət qulluqçularının əlavə təhsil xərcləri daxildir.

“222990 “Sair xərclər” maddəsinə “dinləyicilərin” sözündən sonra “(dövlət qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilib.


Büdcədə dövlət qulluqçularının əlavə təhsil xərcləri açıqlanacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ