EURO 1,9369 NEFT 61,5
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:13.09.2018 14:21:23

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məşhur şirkətin məhsullarında bakterioloji çirklənmə faktı aşkar edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məşhur şirkətin məhsullarında bakterioloji çirklənmə faktı aşkar edib.

AQTA-dan İslamazeri.com-a verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən həyata keçirilən qida təhlükəsizliyi üzrə yoxlama tədbirləri çərçivəsində "BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində "Ketchi” əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri” və şor məhsulundan müayinələr üçün nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub.

Qeyd olunanları nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "BMS Aqro” MMC-yə "Ketchi” əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri” və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilib.


Bu şirkətin şor və pendirini yemək təhlükəlidir - Əhaliyə rəsmi XƏBƏRDARLIQ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabah dərs olacaq?
     18.01.2019
    Azərbaycanda notarius ləğv edilir?
    Ötən gündən etibarən sosial şəbəkələrdə də müzakirə edilən əsas məsələ odur ki, ölkədə fəaliyyət göstərən notariat konturları ləğv edilir.
     18.01.2019
    İlham Əliyev məmurların xidməti maşınları ilə bağlı göstəriş verdi
    Bu sözləri Milli İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yazıb.
     18.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ