1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:13.01.2020 09:41:24

Vizasız gəliş, vergi güzəşti, ödənişsiz təhsil...

Vizasız gəliş, vergi güzəşti, ödənişsiz təhsil.

Bu güzəştlər "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında" hazırlanan yeni qanun layihəsində əksini tapıb. Bu qanun layihəsində xaricdə yaşayan soydaşlarımıza ''soydaş vəsiqəsi''-nin verilməsi nəzərdə tutulur.

Diasporla İş üzrə Dövlət Komitəsinin insan resursları, hüquq və sənədlərlə iş şöbəsinin müdir müavini Şahin Camalovun sözlərinə görə, bu vəsiqə ilə xaricdə yaşayan azərbaycanlılar bir çox güzəştlərdən yararlana biləcəklər.

Bu vəsiqəsi olan soydaşlarımızın faydalanacağı güzəştlər bununla da bitmir.Bu güzəştlər arasında işçi vizası olmadan Azərbaycan ərazisində əmək müqaviləsi ilə çalışmaq hüququnun verilməsi də var. Yəni vətəndaşlığı olmayan azərbaycanlılar Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istədikdə mütləq işçi vizası almalı idilər.

Yeni qanun layihəsi onları bu vizadan da azad etməyi nəzərdə tutur. Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımızın Azərbaycanda ödənişsiz ali təhsil ala bilməsi hüququ da nəzərdə tutulub. Gələcəkdə layihəyə bir sıra iqtisadi və vergi güzəştləri əlavə olunması məsələsinə də baxılacaq.

Bəs bir çox güzəştləri özündə birləşdirən bu ''soydaş vəsiqəsi'' kimlərə və necə veriləcək?

Sözügedən layihə üzərində hazırda işçi qrupu çalışır. Layihə ölkə daxilində və xaricdə soydaşlarımızla müzakirə olunduqdan sonra Milli Məclisə təqdim ediləcək. (Xəzər TV)


Bu şəxslərə vergi güzəşti olunacaq, ödənişsiz təhsil alacaqlar - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı
    Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir
     04.04.2020
    DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi
    Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran suallara aydınlıq gətirib.
     04.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ