EURO 1,8536 NEFT 52,45
USD 1,7238 RUB 0,0304
  1. http://www.islamazeri.com/
  2. KİTAB HƏYATDIR

Kateqoriya : KİTAB HƏYATDIR

Yayınlanma tarixi:14.08.2016 23:08:00

"Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı artıq satışdadır

Bu günlərdə yazıçı RövşənAbdullaoğlunun daha bir kitabı işıq üzü görüb. Bu yazıçının qələmindən çıxan sayca 20-ci kitabdır. Ancaq bu kitab öz səpkisinə görə digər əvvəlkilərdən xeyli fərqlənməkdədir. Belə ki, yazıçı bu dəfə tamam fərqli bir üsluba müraciət edib. Yeni nəşrdən çıxan bu kitab psixoloji roman üslubunda, gerçək hadisələrdən ilham alınaraq qələmə alınıb. Kitabın adı da qəribədir: “Bu şəhərdə kimsə yoxdur”.

"Qədim Qala" Nəşriyyat evindən aldığımız məlumata görə kitabın adı əsərin qəhrəmanının daxili aləmini əks etdirir. Əsərin qəhrəmanı öz iç aləmini, daxilindəki boşluğu belə ifadə edir: ËBu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlərdə eynən bucürdür. Ölkələrdə elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. –Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətəndə, mən onbeş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir. Və mən ucsuz-bucaqsız bir səhrada tənha yaşayıram˝. 

 

Nəşriyyat evi tərəfindən kitabın oxuculara böyük bir həzz verəcəyi və ilk səhifədən oxucunu özünə çəkəcəyi bildirilir. Əsər dövrümüzün reallıqlarını, günümüzün acı həqiqətlərini özündə əks etdirir.

Kitabı şəhərimizin istənilən kitab mağazalarından, böyük supermarket şəbəkələrindən və ya www.qedimqala.az saytından online olaraq əldə edə bilərsiniz.

Əlaqə: +994 55 404 31 32 

 

Xatırladaq ki, İslamazeri.az romanin yazarı Rövşən Abdullahoğlu ilə kitab barəsində müsahibə almışdı. Müsahibəni oxumaq üçün bura daxil olun: Rövşən Abdullaoğlunun ilk romanı çapdan çıxdı (Foto)


Bu şəhərdə kimsə yoxdur (Annotasiya)

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ali məktəblərin qabiliyyət imtahanının müsabiqə şərtləri məlum olub
    Ali təhsil müəssisələrinin Qabiliyyət İmtahanı komissiyaları üzrə müsabiqənin şərtləri məlum olub.
     30.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ