EURO 1,9343 NEFT 71,99
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:04.06.2018 18:25:37

ABŞ-da reklamlarla bağlı maraqlı araşdırma aparılıb.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, “Morning Consult” şirkəti araşdırma apararaq, ABŞ-lı istehlakçıların marağının aşağı düşməsinə səbəb olan və, əksinə, onları məhsul alışına “təhrik edən” reklam cümlələrini müəyyən ediblər.

Müəyyən edilib ki, amerikalılar ən pis reaksiyanı “veqan* və bu sözün törəmələrinə veriblər. İstehlakçıların cəmi 17 faizi bu sözlərin reklamda cəlbedici  olduğunu hesab edirlər.

Bununla yanaşı, ən maraqsız sözlər arasında “diyetik”, “şəkərsiz” və “yağsızlaşdırılmış” sözləri də var. Sosioloqlar aydınlaşdırır ki, istehlakçıların mənfi reaksiyasına səbəb, onların diyetik məhsulları daha dadsız  hesab etmələridir.

Qablaşdırmalarının üzərində “təzə”, “fermer malı”, “qidalandırıcı” və buna bənzər sözlər yazılmış məhsullar isə amerikalıların daha çox marağına səbəb olur.

Sosioloqlar həmçinin istehlakçılardan soruşublar ki, üzərində “hazırlanma prosesi zamanı heç bir heyvan ziyan görməyib” sözü yazılmış məhsula görə yarım dollar artıq ödəməyə hazırdırlarmı. Sorğuda iştirak edənlərin 82 faizi belə bir yazıya görə artıq xərc etmək istəmədiklərini bildirib.

 

Veqanlıq (ing. Veganism) – vegetariyanlığın daha sərt forması.

Veqan (ing. Vegan) – veqanlıq prinsipləri ilə yaşayan insan.

Veqanlar heyvanlardan alınan bütün məhsullardan imtina edirlər: ət, balıq, yumurta, süd, süd məhsulları və bal. Həmçinin veqanlar adətən dəri, kürd, ipək və yundan da istifadənin əleyhinədirlər. Veqanlar bir qayda olaraq heyvanlar üzərində təcrübələrin keçirilməsinə və heyvanlardan əyləncə sənayesindən istifadənin də əleyinədirlər.


Bu reklam cümlələri sizləri iyrəndirə və ya şirnikləndirə bilər - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türk dövləti kişi saçının boyanmasını qadağan etdi
    "Hüquq-mühafizə orqanlarının əməkdaşları göstərişin “yuxarından” gəldiyini deyiblər."
     17.08.2018
    Vatikan keşişlərin uşaqları zorlaması ilə bağlı: Xəcalət çəkirik...
    "Qurbanların ləyaqət (mənlik, heysiyyat) və imanları oğurlandı"
     17.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ