EURO 1,9423 NEFT 72,44
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:05.06.2018 18:49:51

Uni­versitet bundan əlavə abituriyentlərə yüksək təhsillə yanaşı müasir standartlara cavab verən yataqxana da vəd edir.

Prezidenti İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü-Torpaqşünaslıq və aqrokimya, Aqronomluq, Meşəçilik, Zootexniklik, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Aqromühəndislik, eliorasiya və su təsərrüfatı, tikintisi mühəndisliyi, Şərabçılıq, Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik, Su bioehtiyatları və akvabitkilər, Ekologiya, Baytarlıq və Əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək. Azərbaycan Dövlət Aqrar Universitetindən İslamazeri.com-a daxil olan məlumata görə, aqrar yönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır.

Uni­versitet bundan əlavə abituriyentlərə yüksək təhsillə yanaşı müasir standartlara cavab verən yataqxana da vəd edir.

Bildirilib ki, prezident İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Uni­ver­­si­tetinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulub, iki tələbə evi gənclərin istifadəsinə verilib. Universitet müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunub. Bu gün qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafı və bunun üçün bazar rə­qa­bət­li, innovativ, müasir düşüncə tərzinə malik kadr bazasının yaradılması döv­ləti­mi­zin əsas prioritetlərindəndir.

Universitet abitiriyentlərə çağırış edərək aqrar təhsili seçmələrini, kənd təsərrüfatının tərəqqisinə öz töhfələrini vermələri xahiş olunub.


Bu ixtisası seçən tələbələrə əlavə 200 manat təqaüd veriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yəmən ordusundan Səudiyyə milislərinə qarşı PUA əməliyyatı
    Yəmən ordusu və xalq qüvvələrinə aid PUA birliyi Yəmənin qərbində Səudiyyə rejiminə aid milislərin bazasına PUA ilə hücum edib.
     20.08.2018
    Qurban Bayramı ilə əlaqədar bu ünvanlarda yarmarkalar olacaq - SİYAHI
    KTN-nin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara, ümumilikdə, 13 min baş heyvan çıxaracaq.
     20.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ