1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:02.11.2019 13:32:24

"Azərbaycana hibrid avtomobillərin gətirilməsi halları artır".

"Azərbaycana hibrid avtomobillərin gətirilməsi halları artır". 

Bunu “Report”a müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə ölkəyə 146 sayda hibrid minik avtomobili idxal olunduğu halda, 2019-cu ilin 9 ayı ərzində ölkə ərazisinə gətirilən 609 ədəd hibrid minik avtomobili sərbəst dövriyyəyə buraxılıb.

M.Vahabov bildirib ki, qeyd olunan minik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı təşviqedici layihələr aidiyyəti mərkəzi icra orqanları ilə birgə müzakirə edilməkdədir: “Hibrid mühərrikli minik nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı ödənilən gömrük ödənişləri digər daxili yanma mühərrikli minik avtomobillərə münasibətdə tətbiq olunan vergi və rüsumlarla eynilik təşkil edir. Mənşə ölkəsindən, gömrük dəyərindən, mühərrikin həcmindən, eləcə də istehsal buraxılış ilindən asılı olaraq gömrük ödənişləri tətbiq edilir”.

M.Vahabovla geniş müsahibəni gələn həftənin bazar ertəsi "Report"da oxuya bilərsiniz. 


Bu il ölkəyə 609 ədəd hibrid minik avtomobili gətirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəladan canlı yayım - Azərbaycan və xalqı dua edilir
    İlahiyyatçı laim Onurşah Rahmani Kərbəladan canlı yayım başladıb
     23.05.2020
    Ayətullah Sistaninin Nəcəf Ofisindən bayram açıqlaması...
    Bu haqda Alulbeyt Türkiyənin təmsilçilərindən olan Höccətülislam Onurşan Rəhmani bildirib
     23.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ