EURO 2,0865 NEFT 65,31
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:23.01.2018 08:39:45

Hicri qəməri tarixi ilə cəmadiül-əvvəl ayının 5-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud günüdür...

İslamazeri.com-un məlumatına görə, hicrətin 6-cı ilində, cəmadiül-əvvəl ayının 5-də Mədinə şəhərində Peyğəmbər (s) ailəsində, İmam Əli (ə) və Peyğəmbərin (s) can parəsi olan xanım Fatimeyi-Zəhranın (ə) evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər (s) yeni doğulmuş körpənin adını Hz. Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb "atasının zinəti" deməkdir.

Həzrət Zeynəb (ə) beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşayıb. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da, bu barədə yazılmış kitablarda qeyd olunub.

Xanım Zeynəb (ə) çox dözümlü, güclü, səbirli bir xanım olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhz xanım Zeynəb (ə) olub. Xanım Zeynəb (ə) Kərbəla hadisəsini bir xanımın iradəsində layiqincə canlandıran xanımlardan biridir. Gözlərinin önündə qardaşının, yaxınlarının, ən əsası körpələrin, daha əsası isə Peyğəmbər (s) əmanətlərinin qanına qəltan olduğunu görən bir xanımın bunun ilahi bir əmr olduğunu bildiyi üçün yüksək dözüm, iradə, səbr nümayiş etdirməsi bəşəriyyətə bir mesaj, bir çağırış idi. Xanım Zeynəb (ə) məhz o gün cəsarətli, şücaətli, ismətli, iffətli, iradəli, səbrli bir qadın obrazını canlandıraraq gələcək nəsillər üçün ilahi bir nümunə bəxş etdi.


Bu gün Xanım Zeynəbin (ə) mövlud günüdür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Bakıya gəlib
    İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkman Bakıya gəlib
     22.02.2018
    Azərbaycanda 20 mindən çox alkoqolik var
    Azərbaycanda yeni qeydiyyata götürülən alkoqoliklərin sayı artıb.
     22.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ