"İslamazeri" olaraq “Qlobal TV” kollektivini bu münasibətlə təbrik edir, daha böyük və davamlı uğurlar arzu edirik.
"İslamazeri"-nin verdiyi xəbərə görə, düz 3 il əvvəl bu gün, imam Mehdinin (ə.f.) mövludu günü qlobal.tv/ internet üzərindən öz yayımına başladı.
Emin Səmədov tərəfindən 2014-cü ildə təsis olunan “Qlobal TV”-nin kollektivinin əsasən gənclərdən ibarət olmasına baxmayaraq, demək olar ki, cəmiyyətin hər yaş təbəqəsindən izləyicisi var. Bu 3 il ərzində maarifləndirmə və İslam prinsiplərinə uyğun verilişlərlə tamaşaçıların diqqətinə səbəb olub. Üç il ərzində yayımlanan proqramların mövzu rəngarəngliyi, müasir dekorasiya, görünüş müxtəlifliyi və dünyada baş verən prosesləri diqqətdən kənar qoymaması “Qlobal TV” -nin izləyicilərinin günü-gündən artmasına səbəb olmuşdur.
Bu 3 il müddətində əldə etdiyi ən yüksək nailiyyətlərindən biri də Türkiyənin “On4 TV” və Azərbaycanın "İNTERAZ" tvlərilə əməkdaşlığın qurulması və”Qlobal TV”-nin dörd verilişinin “On4 TV”-nin efirində peyk vasitəsilə yayımlanması olub.
"İslamazeri" olaraq “Qlobal TV” kollektivini bu münasibətlə təbrik edir, daha böyük və davamlı uğurlar arzu edirik.