EURO 1,9794 NEFT 73
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:14.04.2018 11:29:34

Rəcəb ayının 27-si İslam aləmində "Məbəs" günü kimi qeyd edilir

İslamazeri.com-un məlumatına görə, "Məbəs" günü Həzrəti Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gündür. Məhz, bu gecə Məhəmməd (s) Allahın rəsulu seçildi. Rəcəb ayının 27-i Besət (Məbəs) günüdür. Həzrət Peyğəmbərin (s) Besəti, yəni onun Allah tərəfindən risalət məqamına ucaldılması - İslam tarixinin ən mühüm hadisələrindən biridir. Qurani-Kərimin nazil olması da məhz bu zamandan, Rəsuli-Əkrəmin (s) besətindən, ona ilk vəhyin nazil olmasından sonra başlayır. "Besət" sözü lüğəvi baxımdan ərəb dilindən ana dilimizə tərcümədə "ucaltmaq", "qaldırmaq" mənasına gəlir. Termin olaraq isə besət, "Allah tərəfindən bir insanın digər insanların hidayəti üçün göndərilməsi"nə deyilir. 

Həzrəti Peyğəmbərin (s) məbus olmasından əvvəl onun gələcəyini səmavi din ardıcılları bəzi xüsusiyyət və nişanələrlə bilirdilər. Hətta müşrik ərəblər də bundan xəbərdar idilər. Qurandan əvvəlki səmavi kitablar olan Tövrat və İncil Məhəmməd peyğəmbərin (s) məbəsindən müjdələr vermişdi. Həzrət İsa (ə) Musaya (ə) nazil olan Tövratın təsdiqi kimi, Peyğəmbərin (s) göndərilməsi barəsində müjdə vermişdi. Hətta İncildə göndəriləcək Peyğəmbərin (s) xüsusiyytələrinə və onun tərəfdarlarına da işarə olunmuşdu. 

Buna görə də Quranın da zikr etdiyi kimi, əhli-kitab alimləri Peyğəmbəri (s) öz ən yaxın adamları kimi tanıyırdılar. Tarixdə Peyğəmbərin (s) besətinin intizarında olan çoxlu şəxslər var idi.

Bu gün böyük, şərəfli və mütəbərrikə gecələrdən biridir.

Bu bayram  münasibətilə sizi təbrik edirik.


Bu gün "Məbəs" bayramıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səttar xan kimdir?
     19.07.2018
    Zərif: Avropa əməli addım atmalıdır
    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "euronews"a verdiyi müsahibəsində indi artıq Avropanın əməli addım atma zamanı gəldiyini vurğulayıb.
     18.07.2018
    Mədət Quliyev və Elnur Məmmədli hərbi hissədə cüdo üzrə master-klass keçib
    "Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi hissəsində hərbi qulluqçuların, o cümlədən əsgərlərin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb."
     18.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ