EURO 1,9062 NEFT 52,15
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:01.04.2017 13:13:00

Hicri-qəməri tarixi ilə rəcəb ayının 3-ü müsəlmanların 10-cu imamı Əli ibni Məhəmməd Nəqinin (ə) şəhid edilən günüdür

İslamazeri.com məlumat verir ki, hicri-qəməri təqviminin 214-cü ilində zilhiccə ayının ortalarında Mədinədə dünyaya gələn həzrət Abbasi xəlifəsi Mutəz-Billah tərəfindən İraqın Samirra şəhərindəki hərbi qərargahların birində daim nəzarət altında saxlanılırdı və məhz bu səbəbdən ona və 11-ci imama "əl-Əsgəri" ləqəbləri verilib.

Bundan başqa, ona sahib olduğu fəzilətlərə görə yaşadığı dövrdə xalq tərəfindən bir çox digər ləqəblər də verilib: "Hadi" (yol göstərən), "Nağı" (pak), "Əmin" (əmanət saxlayan), "Nasih" (nəsihətçi) və sair.

Mutəz-Billah imamın günbəgün artan nüfuzundan qorxaraq, hicrətin 254-cü ilində o həzrəti zəhərləyir.

Hədislərə görə, imam bir neçə dildə danışıb, digər dinlər və millətlərin alimləri ilə münasibətlər qurub. Onun haqqında saysız-hesabsız fəzilətli sifət və kəramət (möcüzə) sahibi olduğu nəql edilir.

Bildirək ki, hazırda imamın məqbərəsi Samirrada yerləşir.

Qeyd edək ki, 11-ci imamın (Həsən Əsgəri (ə)) məzarı da buradadır.

İraqda intensiv şəkildə törədilən terror aktlarına baxmayaraq, o həzrətin şəhid edilən günündə zəvvarların məqbərəyə axınına heç nə mane ola bilmir.
Xatırladaq ki, Samirradakı bu iki imamın məqbərəsi 2006-cı ilin fevralında və 2008-ci ildə təkfirçi terrorçuların törətdiyi partlayışa məruz qalıb. Nəticədə məqbərənin minarələri və gümbəzi tamamilə dağılaraq sıradan çıxıb. Hazırda isə hərəm kompleksi demək olar ki, tamamilə hazırdır.


Bu gün İmam Əliyyən Nəqinin (ə) şəhid edilən günüdür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda Respublika Günü qeyd olunur
    Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.
     28.05.2017
    "Amnesty İnternational" təşkilatı israillilərin Qüdsdə yürüyüş keçirmələrini beynəlxalq qanunlara zidd adlandırıb.
     28.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ