EURO 2,0032 NEFT 63,42
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:07.01.2017 17:24:18

Bu gün, hicri qəməri tarixi ilə Rəbiyül-axir ayının 8-də müsəlmanların 11-ci imamı Həsən Əskərinin (ə) mövlud günüdür

İslamazeri.az-ın verdiyi məlumata görə, imam Həsən Əskərinin (ə) atası, imam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib. İmam Həsən Əsgəri (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən şəhid edilib. İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.   Bu əlamətdar İmam Həsən Əskərinin (ə) mövlud günündə, bütün dünya müsəlmanlarını təbrik edirik, onlara Əhli-beyt (ə) əxlaqına uyğun həyat sürmələrini diləyirik.   

İmam Həsən Əskəri haqqında maraqlı bir hadisə...

Əbulqasim Kufi «ət-Təbdil» kitabında deyir:«öz əsrinin filosofu olan İshaq Kindi Quranda olan təzadları bir yerə toplamaq qərarına gəldi və bu məqsədlə evində oturub bu işlə məşğul olmağa başladı. Bir gün onun şagirdlərindən biri imam Həsən Əskərinin (ə) hüzuruna getdi. İmam ona dedi:«Sizin aranızda ağıllı-kamallı bir adam tapılmır ki, ustadınız Kindini başladığı və Qurana girişdiyi işdən saxlasın?» Kindinin şagirdi dedi:«Biz onun şagirdlərindənik. Bu və ya digər məsələlərdə ona necə e‘tiraz edə bilərik?» İmam Əskəri (ə) buyurdu:«Dediyim işi görə bilərsən?» O dedi:«Bəli.» Həzrət buyurdu:«Onun yanına get, onunla isti münasibətlər qur və özünü gördüyü işdə ona kömək etmək istəyən şəxs kimi göstər. Onunla ünsiyyət yaratdıqdan sonra de ki, qarşıma bir sual çıxıb və onu səndən soruşmaq istəyirəm.

O da deyəcək ki, soruş. Onda ona de:«Əgər bu Quranı buyuran sənin yanına gəlsə, ola bilərmi ki, onun dediklərindən məqsədi sənin öz zənnin ilə ondan başa düşdüyün mənalardan fərqli olsun? Onda Kindi cavab verəcək ki:«Bəli, ola bilər.» Çünki o (yəni Kindi) çox düşüncəli və başadüşən adamdır. Həmin şəxs Kindinin yanına getdi və mehribançılıqla ona yaxınlaşdı və sonra həmin sualı ondan soruşdu. Kindi dedi:«Sualını bir də təkrar et. Həmin şəxs sualını bir də təkrar etdi. Kindi özü-özlüyündə fikrə daldı və bu işi həm dilçilik və həm də ağıl baxımından mümkün saydı. Sonra şagirdinə dedi:« Səni and verirəm, de görüm bu sualı hardan öyrənmisən?» Şagirdi dedi:«Zehnimdən keçdi və səndən soruşdum.» Kindi dedi:«Belə sual heç vaxt sənin kimilərinin zehnindən keçə bilməz və sən və sənin kimilər belə bir məqama çata bilməzsiniz? De görüm bu sualı haradan götürmüsən?» Şagird dedi:«əbu Məhəmməd (11-ci İmam) mənə buyurdu ki, səndən bu sualı soruşum.» Kindi dedi:«İndi həqiqəti dedin. Belə sual yalnız bu ailədən çıxar.» O sonra od istədi və topladıqlarının hamısını yandırdı.» 


Bu gün imam Həsən Əskərinin (ə) mövlud günüdür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ