EURO 1,9162 TRY 0,2968
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:21.06.2019 08:57:43

Bu gün Belarusun paytaxtı Minskdə II Avropa Oyunları start götürəcək

Bu gün Belarusun paytaxtı Minskdə II Avropa Oyunları start götürəcək.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, "Dinamo" Milli Olimpiya Stadionunda keçiriləcək açılış mərasimi zamanı 50 iştirakçı ölkənin paradı gerçəkləşəcək. Bundan başqa yerli opera müğənnisi Anna Netrepko və qazaxıstanlı müğənni Dimaş Kudayberqen çıxış edəcək. Mərasim Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

İlk Avropa Oyunlarına ev sahibliyi etmiş Azərbaycan Belarus paytaxtında 11 növ üzrə 82 idmançı ilə təmsil olunacaq:

Güləş (16):

- Sərbəst güləş: Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımirad Hacıyev (74 kq), Aleksandr Qostiyev (87 kq), Nurmaqomed Qadjiyev (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq)

- Yunan-Roma güləşi: Sakit Quliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq)

- Qadın güləşi: Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq), Səbirə Əliyeva, 76 kq)

Cüdo (15): Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), Munxtsedev İçinxorlu (57 kq), Nuriyə Axundova (63 kq), İrina Kindzerska (+78 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq)

Gimnastika (12): Zöhrə Ağamirova, Ayşən Bayramova, Zeynəb Hümmətova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Darya Sorokina (bədii gimnastika, qrup hərəkətləri komandası), İlya Qrişunin, Ruslan Ağamirov (batut gimnastikası və tamblinq), Ruhidil Qurbanlı, Abdulla Əl-Məşeyxi (akrobatika), İvan Tixonov, Marina Nekrasova (idman gimnastikası)

Boks (11): Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominges (81 kq), Rahil Məmmədli (91 kq), Məhəmməd Abdullayev (+91 kq), Məryəm Cəbrayılova (69 kq)

Karate (7): Roman Heydərov (kata), Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq), Nuranə Əliyeva (50 kq), İrina Zaretska (68 kq)

Sambo (7): Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Abdulla Abdullayev (74 kq), Ceyhun Hüseynov (82 kq), Gözəl Zutova (74 kq)

Atıcılıq (6 idmançı): Emin Cəfərov, Regina Meftahətdinova, Nurlana Cəfərova, Əli Hüseynli (hamısı stend atıcılığı), Ruslan Lunyov, Nigar Nəsirova (güllə atıcılığı)

Velosiped idmanı (5): Sergey Omelçenko (trek), Samir Cəbrayılov, Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə (hamısı şosse)

Kamandan oxatma (1): Ozay Qasımova

Kanoe (1): Mariya-Lorena Manolitsa

Badminton (1): Ezmi Qovimuramadhoni

Yalnız atletika, basketbol (3X3), çimərlik futbolu və stolüstü tennisdə Azərbaycan təmsilçisi olmayacaq.

İlk yarış günündə boks, kamandan oxatma və basketbol (3X3) üzrə yarışlar olacaq. Azərbaycanın kamandan oxatma növündə yeganə təmsilçisi Ozay Qasımova qadınlar arasında klassik oxatmanın fərdi yarışına qatılacaq. O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 47 oxatana qarşı mübarizə aparacaq. Mübarizəyə Bakı vaxtı ilə saat 14:15-də start veriləcək.

Saat 15:00-da isə boksçuların yarışı start götürəcək. Azərbaycan təmsilçilərinin hər üçü 1/16 finalda ilk görüşünü bolqarıstanlılara qarşı keçirəcək. Tayfur Əliyev (56 kq) Boyan Asenovla, Rahil Məmmədli (91 kq) Radoslav Panteleyevlə, Məhəmməd Abdullayev (+91 kq) Petar Belberovla üz-üzə gələcək.

"Bakı 2015"də 291 idmançı ilə təmsil olunmuş Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc medalla ümumi komanda hesabında yalnız Rusiyadan geri qalıb.


Bu gün II Avropa Oyunları start götürəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
    Beynəlxalq Bankla bağlı mənimsəmələrdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun gəlini Leyla Mahmudovanın da adı hallanır.
     15.07.2019
    HƏMAS sionist əsgərlərdən kəşfiyyat toplayır
    İsrail mediası HƏMAS hərəkatının sionist əsgərlərdən kəşfiyyat topladığının ortaya çıxdığını bildirib.
     15.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ