EURO 1,9798 NEFT 50,33
USD 1,701 RUB 0,0284
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:11.04.2017 11:39:44

Bu gün İslami ilk qəbul etmiş, Peyğəmbərin canişini, əmirəlmöminin İmam Əlinin (ə) mövludud günüdür

Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kə’bə evində dünyaya göz açmışdır. Atası Əbutalib, anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir. 

Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əli (əleyhissəlam) ömrünün həssas olan ruhi və fiziki cəhətdən formalaşma dövrünü Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərin evində və onun tə’lim-tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar:
«Bir il Məkkədə aclıq üz vermişdi.Bu zaman peyğəmbərin əmisi Əbutalib böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) Bəni-Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi ki, Əbutalibin dolanışığına kömək etmək məqsədilə gedib hərəmiz onun bir uşağını götürüb öz evimizdə saxlayaq. Abbas Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu təklifi ilə razılaşdı. Beləliklə də, Abbas Cə’fəri, Peyğəmbər (səlləllahu əleyhi və alih) isə Əli əleyhissəlamı öz öhdəsinə götürüb öz evlərinə apardılar. Əli (əleyhissəlam) Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilənədək onun evində qaldı. Peyğəmbər (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçildikdən dərhal sonra Əli (əleyhissəlam) onun peyğəmbərliyini təsdiq edib onun ardıcılı oldu.»
Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı öz öhdəsinə götürərkən buyurmuşdur: «O kəsi seçdim ki, Allah -taala da onu mənim üçün seçmişdir.»
Peyğəmbər (səlləllahu əleyhi və alih) öz uşaqlıq illərini babası Əbdül Mütəllibin vəfatından sonra əmisi Əbutalibin evində keçirtdiyinə görə istəyirdi ki, böyüdükdən sonra Əbutalibin uşaqlarından birini öz öhdəliyinə götürsün. Beləliklə də, əmisi Əbutalibin və Fatimə Əsəd qızının onun üçün çəkdikləri əziyyətlərin əvəzini çıxsın. Əbutalibin uşaqları arasında Əli əleyhissəlamı Peyğəmbərin (səlləllahu əleyhi və alih) gözü tutmuşdu.
Əli (əleyhissəlam) öz xəlifəlik dövründə «Qasiə» xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: «Siz (peyğəmbərlərin səhabələri) mənim peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) məni öz qucağına alıb bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O, mənə yemək yedizdirərdi.
Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki, ona riayət edim.»

İmam Əli haqqında bir neçə hədis:

İmam Əlini (ə) sevmək və sevməmək.

Allahın Peyğəmbəri(s):«Atəş odunu yediyi kimi Əlini sevmək də günahları yeyir.»

Allahın Peyğəmbəri(s):«Möminin əməl dəftərinin başlıq və sərlövhəsi Əli ibn əbu Talibin məhəbbətidir.

Allahın Peyğəmbəri(s):«Allah Əli eşqini bir möminin qəlbində möhkəmləndirsə və həmin halda onun ayağı büdrəsə (ondan bir xəta baş versə də) Qiyamət günü sirat üzərində onun qədəmini möhkəm saxlayar.»

.Allahın Peyğəmbəri(s):«Səni yalnız mömin sevər və sənə yalnız münafiq ədavət bəsləyər.»

Əli yaxşı əməl sahiblərinin imam və rəhbəridir.

Allahın Peyğəmbəri(s):«Əli yaxşı əməl sahiblərinin rəhbəri və pis əməl sahiblərini öldürəndir. Kim ona yardım etsə, onun özünə də yardım edilər və onu tək qoyan köməksiz qalar.»

Allahın Peyğəmbəri(s):«Mənə Əli barəsində vəhy olub ki, o müsəlmanların ağası, pəhrizkarların imamı və üzü ağların rəhbəridir.»

Allahın Peyğəmbəri(s):«Həqiqətən Allah-taala mənə Əli ibn əbu Talib barəsində Bəzi tapşırıqlar verdi, mən dedim:«Pərvərdigara, onu mənə aydınlaşdır.» Buyurdu:«Eşit! Həqiqətən Əli hidayət bayrağı, Mənim dostlarımın rəhbəridir və Mənə itaət edənlərin işıq saçanıdır. O Mənim pəhrizkarlara yoldaş etdiyim kəlmədir. Onu sevən Məni sevib və ona itaət edən Mənə itaət edib.»

İMAM ƏLİ (Ə)-nin HƏYATI ƏTRAFLI

Redaksiyamız adından bu mübarək mövlud münasibətilə bütün müsəlmanları təbrik edirik!


Bu gün əmirəlmöminin İmam Əlinin (ə) mövlududur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani: Şübhə yoxdur ki, İran ABŞ-a cavab verəcək!
    İran Prezindeti ABŞ-ın yeni sanksiyaları barədə danışdı.
     26.07.2017
    Şeyx Sərdarın vəkili məhkəmənin hökmündən apellyasiya şikayəti verib
    Vəkilin bildirdiyinə görə, apellyasiya şikayəti Masallı Rayon Məhkəməsinin S.Hacıhəsənlinin 3 il azadlıqdan məhrum edilməsini nəzərdə tutan hökmündən verilib.
     26.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ