EURO 1,9649 NEFT 79,77
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.06.2018 03:44:00

İyunun 14-də Azərbaycanda 2017/2018-ci dərs ili başa çatacaq və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

İyunun 14-də Azərbaycanda 2017/2018-ci dərs ili başa çatacaq və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

İslamazeri.com xəbər verir ki, "Son zəng" tədbiri yalnız məktəb daxilində keçirilməli və iki saat davam etməlidir.

Bu tədris ilinin sonunda XI sinfi bitirəcək şagirdlərin sayının 83 001 nəfər olacağı gözlənilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 125, XI siniflərini 19 192 nəfər bitirəcək. Paytaxtda 46 849 nəfər I sinfi, 638 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vuracaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 322 nəfər bitirəcək.

Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.


Bu gün Azərbaycan məktəblərində “Son zəng”dir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Uşaq oğurluğunda ittiham olunan qadın haqqında çoxlarının bilmədiyi FAKTLAR - VİDEO
    Adı uşaq oğurluğunda hallanan qadının yeni görüntüləri yayılıb.
     18.10.2018
    İran: Pakistanla birgə hərbi əməliyyat keçirməyə hazırıq
    Məhəmməd Pakpur qaçırılan 11 vətəndaşlarını xilas etmək üçün Pakistanla birgə əməliyyat keçirməyə hazır olduqlarını açıqlayıb.
     18.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ