1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:17.05.2019 15:42:19

Bu gün böyük arif, Ayətullah Behcətin vəfatının onuncu ildönümüdür

İslamazeri.com-un verdiyi xəbərə görə, böyük arif Ayətullah-üzma Şeyx Məhəmməd Təqi Behcət 1913-cü ildə Gilan vilayətinin Fumən şəhərində dindar bir ailədə dünyaya göz açıb.

Atası Kərbəlayi Mahmud Behcət şəhərin hörmətli və tanınmış şəxslərindən olub Behcətin atası təqribən on yeddi yaşında olarkən vəba xəstəliyinə yoluxub yatağa düşür. Vəziyyəti ağır olduğundan onun sağ qalacağına heç kimin ümidi qalmır.

Behcətin atası özü belə nəql edir: Həmin ağır vəziyyətdə olduğum vaxt qəribə bir səs eşitdim. Kimsə deyirdi: “Onunla işiniz olmasın. O, Məhəmməd Təqinin atasıdır.” Elə bu vaxt dərin yuxuya gedir. Hamı onun rəhmətə getdiyini güman edir. Amma bir müddət keçəndən sonra tədricən tamam sağalır. Bu hadisədən bir neçə il sonra evlənmək qərarına gəlir. Evləndikdən sonra ilk övladının adını “Mehdi” qoyur. İkinci övladı qız olur.

Üçüncü uşağının adını “Məhəmməd Hüseyn” qoyur. Dördüncü övladı dünyaya gələndə ağır xəstə olduğu vaxt eşitdiyi səsi xatırlayır və buna görə də onu “Məhəmməd Təqi” deyə çağırır. Təhsilini davam etdirmək və dini elmlərə daha dərindən yiyələnmək üçün 1931-ci ildə Nəcəfi-Əşrəfə hicrət edir.     


Bu gün Ayətullah Behcətin vəfatının ildönümüdür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Süleymanini öldürməklə təkfirçilərə ən yaxşı hədiyyəni etdi
    Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani səsləndirib.
     04.07.2020
    “Avropa Gürcüstanı” lideri: Aclıq başlamadan Türkiyə ilə sərhədi açın
    "Avropa Gürcüstanı”nın liderlərindən biri Gigi Uqulava Türkiyə ilə sərhədlərin açılmasına və insanlara işləmək imkanının verilməsinə dair çağırış edib.
     04.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ