EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:13.06.2017 12:59:37

Bu gecə 1-ci ehtimal olunan Qədr gecədir, əhya saxlamaq və Qədr gecəsinin əməllərini etmək lazımdır

İslamazeri.com əhya gecəsinin əməllərini təqdim edir:

1) Qüsl etmək. Qüsl edərkən belə niyyət edilməlidir: “Əhya gecəsinin qüslünü edirəm qürbətən iləllah”. Bu qüslün böyük savabı vardır.

2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: “İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram”.

3) Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: “Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən Sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm”.

4) Qədr gecəsinin namazı. Qədr gecəsində qılınan namazın böyük şərafəti vardır. Qədr gecəsinin namazı şam və xiftən (işa) namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir: Niyyət: “Qədr gecəsinin namazını qılıram qürbətən iləllah”. Sübh namazı kimi iki rükətlidir. Lakin hər həmd surəsindən sonra yeddi dəfə İxlas (Qul huvəllah) surəsi oxunulmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq (səcdə halında) yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilir. İmam Sadiq (ə) buyurur: “Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar”.

5) Quranı başa qoyub, Allahın, Peyğəmbərin (s) və İmamların (ə) adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: “Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam.” Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər”. (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.) Quranı başa qoyub Allaha və 14 Məsuma (ə) and verməyin mənası budur ki: “Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm”.

Quranı baş üzərinə qoyub dua etməyin qaydası: 

Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır: Əllahummə inni əsəlukə bikitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl əkbər. Və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təcələni min utəqaikə minən-nar. Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink.

Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:

1. Bikə ya Allah. (10 dəfə)

2. Bi Muhəmmədin (s) (10 dəfə)

3. Bi Əliyyin (ə) (10 dəfə)

4. Bi Fatimətə (ə) (10 dəfə)

5. Bil Həsəni (ə) (10 dəfə)

6. Bil Hüseyni (ə) (10 dəfə)

7. Bi Əli ibn Hüseyn (ə) (10 dəfə)

8. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)

9. Bi Cəfər ibn Muhəmməd (ə) (10 dəfə)

10. Bi Musa ibn Cəfər (ə) (10 dəfə)

11. Bi Əli ibn Musa (ə) (10 dəfə)

12. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)

13. Bi Əli ibn Muhəmməd (ə) (10 dəfə)

14. Bi Həsən ibn Əli (ə) (10 dəfə)

15. Bil Hüccəti (ə.f) (10 dəfə)

Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.

6) İmam Əli (ə) ziyarətnaməsini oxumaq.

7) 100 rükət (sübh namazı kimi) müstəhəbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rükətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)

8) Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək. (Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.)

9) Cövşən-kəbir duasını oxumaq.

10) Həzrət Əlinin (ə) qatilinə lənət oxumaq.

Yüz dəfə “Əllahummələn qətələtə Əmiril-möminin.” (Yəni: “İlahi, Əlinin (ə) qatillərinə lənət et”).

11) Yüz dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək və tövbə etmək.

Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: “Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm” Allah qəbul etsin!

12. İmam Hüseyn ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu əleykə yəbnə Rəsuləllah, əssəlamu əleykə yəbnə Əmirəl-muminin, əssəlamu əleykə yəbnəs Siddiqəti Tahirəti Fatimə Seyyidəti-nisail-aləmin, əssəlamu əleykə ya məulaya ya Əba Əbdillah və rəhmətullahi və bərəkətuh. Əşhədu ənnəkə qəd əqəmtəs-səlah və əteytəz-zəkah və əmərtə bil-məruf və nəhəytə ənil munkər və təlautəl-Kitabə həqqə tilavətih və cahədtə fillahi həqqə cihadih və səbərtə ələl-əza fi cənbihi muhtəsibən hətta ətakəl-yəqin. Əşhədu ənnəl-ləzinə xaləfukə və harəbukə vəl-ləzinə xəzəlukə vəl-ləzinə qətəlukə məl-ununə əla lisanin-Nəbiyyi-ummi və qəd xabə məniftəra ləənallahuz-zaliminə ləkum minəl əvvəlinə vəl-axirin və za-əfəl əleyhimul əzabəl-əlim. Əteytukə ya Məulayə yəbnə Rəsulillah zairən, arifən bi həqqik, muvaliyən li əuliyaik, muadiyən li ə-daik, mustəbsirən bil-hudəlləzi əntə əleyhi arifən bi zəlaləti mən xaləfəkə fəşfə-li ində Rəbbik.

Tərcümə: Salam olsun sənə, ey Peyğəmbər oğlu. Salam olsun sənə, ey Möminlər sərvərinin (Əlinin) oğlu. Salam olsun sənə, ey qadınlar sərvəri ... Fatimənin oğlu. Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun, mənim mövlam Əba Əbdillah. Mən şahidəm ki, sən namazı dirçəltdin, zəkatı əda etdin, gözəlliklərə dəvət etdin, pisliklərdən çəkindirdin, Quranı həqiqi tilavəti ilə tilavət etdin, Allah yolunda həqiqi cihadla cihad etdin, Allaha xatir əzab-əziyyətə səbr... etdin ta ki, ölüm sənə üz tutdu. Mən şahidəm ki, sənə müxalif olanlar, səninlə savaşanlar, sənə yardım etməyənlər, səni qətlə yetirənlər... Peyğəmbərin lənət oxuduğu kəslərdir... Allah sizə zülm edənlərin birincisindən axrıncısına qədər hamısına lənət eləsin. Ey mənim ağam, ey Peyğəmbər balası! Sənin haqqını tanıdığım, dostlarınla dost, düşmənlərinlə düşmən olduğum bir halda ziyarətinə gəldim. Mənə Rəbbinin yanında şəfaət ver.

13. Əli Əkbər ağanın ziyarətnaməsi

Əssəlamu əleykə ya məulayə vəbnə məulay və rəhmətullahi və bərəkətuh. Ləənəllahu mən zələməkə və ləənəllahu mən qətələkə və zaəfə əleyhim əl-əzabəl-əlim

Tərcümə: Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun, ey ağamın oğlu olan ağam. Allahın lənəti olsun sənə zülm edən və səni qətlə yetirənlərə. Allah onların əzablarını artırsın.

14. Kərbəla şəhidlərinin ziyarətnaməsi 

Əssəlamu əleykum eyyuhəs-siddiqun, əssəlamu əleykum eyyuhəş-şuhədaus-sabirun, əşhədu ənnəkum cahədtə fi səbilillah və səbərtum əlal-əza fi cənbillah və nəsəhtum lillah və li Rasulihi hətta ətakumul-yəqin. Əşhədu ənnəkum əhyəun ində Rabbikum turzəqun, fəcəzakumullahu ənil İslam və əhlihi əfzələ cəzail-muhsinin, və cəmə-ə bəynəna və bəynəkum fi məhəllin-nəim

Tərcümə: Salam olsun Sizə, ey ən düz danışanlar! Salam olsun Sizə, ey səbirli şəhidlər! Şahidəm ki, Siz Allah yolunda cihad etdiz, Allah yolunda əziyyətlərə səbr etdiz və ölüm Sizə üz tutmayınca Allaha və Peyğəmbərinə yaxşılıq etdiz. Şahidəm ki, Siz dirisiniz və Rəbbiniz yanında ruzidən faydalanırsız. Allah Sizə İslam və onun əhli üzündən xeyirxahların ən üstün mükafatını versin. Allah bizi və Sizi naz-nemət məkanında bir araya gətirsin.

14. Həzrət Əbəlfəzlin (ə) ziyarəti:

[Əssəlamu əleykə yəbnə Əmirəl-mu-minin, əssəlamu əleykə eyyuhəl-əbdus-salih əl muti-u lillah və lirəsulih. Əşhədu ənnəkə qəd nəsəhtə və səbərtə hətta ətakəl yəqin. Ləənallahu zaliminə ləkum minəl əvvəlinə vəl axirin vəl-həqəhum bi dərkil-cəhim

Tərcümə: Salam olsun sənə, ey Möminlər sərvərinin oğlu. Salam olsun sənə, ey Allaha və Peyğəmbərinə itaət edən saleh bəndə! Şahidəm ki, sən ölənə qədər xeyir iş gördün və səbr etdin. Allah Sizə zülm edənlərin birincisindən axrıncısına qədər lənət eləsin və onları cəhənnəmə bağlasın.


Bu gecə birinci əhya gecəsidir (Qədr gecəsinin əməlləri)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ