EURO 1,9963 NEFT 51,11
USD 1,7008 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.03.2017 09:56:51

“Müstəqillik illəri ərzində biz 700 min nəfər itirmişik."

İslamazeri.az-ın “Baltkom” radiostansiyasına istinadən verdiyi xəbərə əsasən, Latviya əhalisi, ölkə 1991-ci ildə müstəqillik əldə edəndən sonra, hər il 23 min nəfər azalır. Bu haqda Latviya universitetinin professoru, akademik, demoqraf Peteris Zvidrinş açıqlama verib.

Müstəqillik illəri ərzində biz 700 min nəfər itirmişik. Latviya əhalisinin 2,7 milyon nəfər, paytaxtı Riqa əhalisinin isə təxminən 1 milyon nəfər olduğu vaxtlar vardı. Lakin bu gün üçün reallıq belədir ki, biz hər iki həftədən bir balaca şəhərdən məhrum oluruq. Məsələ, Skrunda və Yaunelqava kimi. Bunu rəqəmlərin dili ilə desək: gündə 55, ayda isə 1650 nəfər itiririk.”, - deyə professor bildirib.

Onun sözlərinə görə, ölkə əhalisinin azalmasının bir neçə səbəbi var. “Bu rəqəmlərə həm immiqrasiya, həm də ölümlərin sayı daxildir. Mühacirətin pik nöqtəsinin geridə qalmasına baxmayaraq, (hələ də) Latviya əhalisinin 70 faizi məhz bu səbəbdən azalır.”, - deyə Zviidrinş qeyd edib.

Akademik qeyd edib ki, mühacirətdən geri qayıdan və ölkəyə gələn insanların sayı azdır. “Ölkəni tərk edən hər 10 nəfərin əvəzində, cəmi 2 nəfər gəlir. Bunlar qeydiyyata düşənlərdir.”, - deyə əlavə edib.

Qeyd edək ki, Latviya 1991-ci ildən müstəqildir. 2004-cü ildən isə Aİ və NATO-nun üzvüdür.


Bu Avropa ölkəsinin əhalisi hər gün 55 nəfər azalır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Nicat Turizm" şirkəti zəvvarlar üçün ziyarət səfəri təşkil edir.
     18.08.2017
    Yerli KİV: Əli Həsənov
    Nail Allahverdiyevin məhkəmə qərarından apelyasiya şikayəti verməməsi, baş nazirin müavininin nəvəsinin işini daha da ağırlaşdıra bilər
     18.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ