EURO 1,9658 NEFT 73,39
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.06.2018 15:15:50

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

İslamazeri.com-un xəbərinə görə, layihə barədə parlamentin Elm və təhsil komitəsinmin sədri İsa Həbibbəyli məlumat verib.

Dəyişikliklərdən biri Azərbaycanda ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanların həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunmasını nəzərdə tutur. Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə edilən əlavəyə əsasən, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Maddənin 5-ci bəndi yeni redaksiyada verilib: Belə ki, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışarın qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

Qüvvədə olan bənd isə belədir: Dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dəyişikliklə Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər.

Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunub. Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər.

Digər dəyişikliklə isə maddənin 12-ci bəndi ləğv edilib. Bu bəndə əsasən, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilərdi.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.


Bu abituriyentlər ali məktəblərə imtahansız qəbul olunacaq - Qanun dəyişdirildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO-dan həyəcan: ABŞ-la ziddiyətlər alyansı dağıda bilər!
    NATO-nun Baş katibi alyansın üzləşdiyi təhlükə barədə danışıb.
     21.06.2018
    Qəhvəyi yumurta yoxsa ağ yumurta?- Fərqi biləndə təəccüblənəcəksiniz! - VİDEO
    Yumurta keyfiyyətli zülal qaynağı olan mükəmməl bir qidadır.
     21.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ