EURO 1,9254 NEFT 72,2
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:10.08.2018 19:54:04

Həmin tarixi artefaktlar 2003-ci ildə Səddam Hüseyn rejimi devrildikdən sonra İraqdan oğurlanıb.

İslamazeri.com-un “The Guardian”-a istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniya müzeyi İraq ərazisindən oğurlanmış təxminən 5 min il yaşı olan tarixi əşyalar kolleksiyasını Bağdada geri qaytaracaq.

Həmin tarixi artefaktlar 2003-ci ildə Səddam Hüseyn rejimi devrildikdən sonra İraqdan oğurlanıb.

Böyük Britaniya polisi sözügedən əşyaları Londonda alverçilərin birindən müsadirə edilib. Həmin kolleksiyaya keramik əşyalar və mərmərdən amuletlər daxildir.

Alverçinin həmin əşyalara dair lazımi sənədləri olmadığına görə onlar müsadirə edilərək analiz üçün müzeyə verilib.

Maraqlıdır ki, mütəxəssislər həmin əşyaların İraqdan oğurlanması ilə yanaşı, hansı məbədə aid olduğunu da müəyyən ediblər.

Böyük Britaniya tərəfi bu dəyərli əşyaları İraq səfiri Salih Hüseyn Əliyə verəcək.


Britaniya müzeyi oğurlanmış tarixi artefaktları İraqa geri verəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda gecə saatlarında dəhşətli qətl - Gənc ürəyindən bıçaqlandı
    Bakıda gecə saatlarında qətl hadisəsi baş verib.
     15.08.2018
    Temperatur yenidən yüksələcək
    Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
     15.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ