Böyük Britaniya Baş nazirinin güldüyü anlar surətlə internet məkanında yayılıb.

İslamazeri.az-ın “The Independent”-ə istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniyanın Baş naziri Tereza Meyin icmalar palatasındakı gülüşü sosial şəbəkə istifadəçilərini heyrətləndirib.
Mey Britaniyanın aşağı palatasının iclasında kadra düşüb. Leyboristlər Partiyasının lideri Ceremi Korbinin nitqi Baş nazirin “şiddətli reaksiyasına" səbəb olub. Belə ki, Korbin Britaniyanı hökumətinin başçısını Surrey qraflığının rəhbərliyi ilə “dostcasına saziş” bağlamağa görə ittiham edib.
Tereza Meyin gülüşünün lentə alındığı video surətlə sosial şəbəkələrdə yayılıb.
Britaniya Baş nazirinin “şeytani” gülüşü hamını təəccübləndirdi - VİDEO