EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:16.03.2017 11:37:22

"Biz bu mövzu ilə bağlı heçbir qanun layihəsi qəbul etməyəcəyik."

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniya hökuməti qadınlara iş yerində dini paltar və simvolikanın qadağan edilməsi haqda heç bir qanun layihəsi qəbul etmək niyyətində deyil.

Bizim ölkədə ifadə azadlığının sağlam şəkildə dəstəklənməsi adəti mövcuddur. Bütün qadınlar nə geyəcəklərinə dair seçim haqqına sahibdir. Biz bu mövzu ilə bağlı heçbir qanun layihəsi qəbul etməyəcəyik. Konkret bu məsələyə gəldikdə isə, mən anlayıram ki, söhbət ilk növbətə hicabdan gedir.  Bəzən elə olur ki, hicabın olmaması daha yaxşı olardı, məsələn, sərhəd yoxlaması zamanı və ya məhkəmədə. Ayrı-ayrı institutlar nəyi qadağan edəcəklərinə dair özləri qərar verə bilərlər. Lakin bu, yəni kimin nə geyəcəyi hökumətin işi deyil. Biz ifadə azadlığı müdafiə etməyə davam edəcəyik.”, - deyə Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkə parlamentində çıxış edən zaman bildirib.

Xatırladaq ki,  Avropa İttidaqının Baş məhkəmə instansiyasının dərc etdiyi xəbərdə deyilir: “Əgər şirkətin hər hansısa bir fəlsəfi və ya dini simvolikanın qadağan edilməsinə dair daxili qanunu  varsa, o zaman qadağa bir-başa diskriminasiya sayılmır.” (XƏBƏRİ OXU: Avropa məhkəməsində hicabla bağlı iki zidd qərar)


Britaniya Baş naziri: Ölkədə hicab qadağan edilməyəcək!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ