EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:12.01.2019 10:09:02

BQXK nümayəndələri ötən ilin dekabr və bu ilin yanvar ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ötən ilin dekabr və bu ilin yanvar ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Azvision.az -a bildirib ki, münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkilir.
Onun sözlərinə görə, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan tərəfində isə üç erməni saxlanılır.


BQXK nümayəndələri Dilqəm və Şahbaza baş çəkib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kolumbiyadan Azərbaycana turist axını artır
    Azərbaycanın təklif etdiyi yeni Boqota-İstanbul-Bakı-Tbilisi turist marşrutu Kolumbiya turizm şirkətlərinin marağını cəlb edib.
     23.03.2019
    Bakı Tiflis və İrəvanı bu sahədə də geridə qoydu
    Bu sözləri millət vəkili Tahir Mirkişili qeyd edib.
     23.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ