1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:07.05.2019 16:45:05

Ərin böyrəyi azərbaycanlıya, Sevinc Şirəliyevanın böyrəyi isə milliyyətcə ərəb olan bir şəxsə köçürülüb

İslamazeri.com "meydantv"yə istinadən xəbər verir ki, Ucar rayonunun Qarabörk kəndində yaşayan gənc ailədə həm ər, həm də arvad böyrəyini satıb. Onlar bildirib ki, maddi çətinlik üzündən bu addımı atıblar.

Orqan alverində - insanları öz böyrəklərini satmağa məcbur etməkdə, onlara pul vəd edib aldatmaqda ittiham olunan Vahib Xudadatovun məhkəməsi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrliyilə mayın 6-da keçirilən prosesdə böyrəyini satan daha dörd nəfər, o cümlədən sözügedən ailənin başçısı Rauf Şirəliyev ifadə verib. O bildirib ki, həyat yoldaşı hamilə olduğuna görə məhkəməyə gələ bilməyib. Ancaq nə onun, nə də həyat yoldaşının şikayəti var. Onları heç kim məcbur eləməyib, böyrəklərini maddi ehtiyac ucbatından - daimi iş tapa bilmədiyindən borcları yarandığına, Ucarda özlərinə bir ev tikib başa çatdıra bilmədiklərinə görə satıblar.

Rauf Şirəliyev böyrəyinə görə 8 min manat, həyat yoldaşı isə 12 min dollar alıb. Ərin böyrəyi azərbaycanlıya, Sevinc Şirəliyevanın böyrəyi isə milliyyətcə ərəb olan bir şəxsə köçürülüb. Hər iki əməliyyat Tacikistanda baş tutub.

Zərərçəkən Cavidan Hüseynov da məhkəmədə dindirilib. O da şikayətçi olmadığını, böyrəyini pulsuzluğa görə könüllü şəkildə satdığını bildirib. Deyib ki, böyrəyini satmaq barədə elanı da saytda özü yerləşdirmişdi. Həmin elandan sonra V.Xudadatovgil onu tapıblar. O, böyrəyinə görə 10 min 500 manat pul alıb.

C.Hüseynov istintaqda dindiriləndə bildirib ki, Tacikistanda keçirilən əməliyyatdan sonra vəziyyəti pisləşib, yara irinləyib. Bakıda həkimə gedəndə məlum olub ki, əməliyyat vaxtı həkim binti unudub. C.Hüseynov yenidən əməliyyat olunub, bint çıxarılıb.

Məhkəmə prosesi davam edir.

İttihama görə, 62 yaşlı Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkib orqan köçürməsinə ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib.

Bunun müqabilində hər iki tərəfdən də pul alıb. Böyrəyini satanlar saytlarda, sosial şəbəkələrdəki elanlar, ortaq tanışlar vasitəsilə tapılır, xəstəlikdən əziyyət çəkənlərin özləri, yaxınlarıyla görüşdürülür və qiymət məsələsi razılaşdırılırmış. Öncə Bakıda müxtəlif tibb müəssisələrində qan analizi verilib, sonra hər iki tərəf İrana həkim Mohsen Tahirinin yanına aparılıb, orada ətraflı müayinədən keçirilib, transplantasiya qərarı veriləndən sonra böyrək köçürmə əməliyyatı Gürcüstanda “Lanset” klinikasında aparılırıb. Əməliyyatı Tbilisidə Mohsen Tahiri gedib özü həyata keçirirmiş. 2016-cı ilin martından sonra Tbilisidə “Lanset”nin azərbaycanlı rəhbəri Fərman Ceyranlının həbsilə əlaqədar klinikanın fəaliyyəti dayandırıldığından ondan sonra əməliyyatlar Tacikistanda Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb. Orada da əməliyyatları Mohsen Tahiri həyata keçirib.

Hər əməliyyata orqan köçürülən xəstənin yaxınları böyrəyini satan donora onunla razılaşdırılmış məbləğlə yanaşı, əməliyyat həyata keçirilən klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş. Vasitəçilik edən Vahib Xudadatova isə 200 manatdan 2 min manata qədər pul verilib.

Böyrəyini satanlarla onu alanlar arasında Bakıda notarial qaydada müqavilə imzalanıb. Orada göstərilib ki, guya bu adamlar qohumdular və biri digərinə böyrəyini verir.

Xudadatov məhkəmədəki ifadəsində övladının böyrək əməliyyatından sonra bu problemdən əziyyət çəkən şəxslərə vasitəçilik etdiyini deyib.


Böyrəklərini satan ər-arvad məhkəmədə şikayətçi olmadılar: Borcumuz var idi...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübarək Ramazan ayının 13-cü gününün duası
    Mübarək Ramazan ayının 13-cü gününün duasını təqdim edirik:
     19.05.2019
    Bakıda ticarət mərkəzinin binasında yanğın - VİDEO
    Xəzər rayonunun Zagulba qəsəbəsi ərazisində fəaliyyət göstərən "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində yanğın baş verib
     19.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ